Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2026 , 10:25

114

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağacəkmə aksiyası bələdiyyənin təşəbbüsü ilə keçirilib

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bu gün Şabran rayonunun Çölquşçu kənd tamorta ümumitəhsil məktəbində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiya çərçivəsində  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətləri xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Ulu Öndər hər zaman təbiətin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və yaşıllıqların artırılmasına böyük önəm vermiş, bu sahədə həyata keçirilən tədbirlərin əsasını qoymuşdur. Onun təşəbbüsü ilə ölkəmizdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılmış, şəhər və rayonlarda parklar, xiyabanlar salınmışdır.

Qeyd olunmuşdur ki, bu gün də Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası uğurla davam etdirilir, ətraf mühitin qorunması və yaşıllıqların artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.

Sonda iştirakçılar tərəfindən əkilən ağaclara müntəzəm qulluq göstəriləcəyi və onların qorunmasının təmin olunacağı bildirilib.

Şabran şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu təşəbbüsün əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və gənc nəsildə təbiətə sevgi və qayğı hissinin formalaşdırılmasıdır. Yaradılmış şəraitə görə məktəb rəhbərliyinə, şagirdlərə təşəkkür edirik. Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
578