Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2026 , 23:43

200

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Gəndob kəndində  anım tədbiri keçirilmişdir

17 aprel 2026-cı il tarixində Şabran rayonunun Gəndob kəndində yerləşən Şəhidlər və Qazilər bağında 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şabran şəhər Bələdiyyəsinin əməkdaşları, Heydər Əliyev Mərkəzinin kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra çıxışlar dinlənilmiş, Aprel döyüşlərinin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq ruhu və Vətən uğrunda canından keçən igid oğullarımızın şücaəti bir daha vurğulanmışdır.
Çıxış edənlər qeyd etmişlər ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və torpaq uğrunda qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir. Bu şanlı tarix hər bir azərbaycanlının qürur mənbəyidir və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq daim yaşadılacaqdır.
Şabran şəhər Bələdiyyəsi olaraq bildiririk ki, şəhidlərimizin xatirəsinin əziz tutulması, qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması bizim üçün ən ali vəzifələrdən biridir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Şabran Bələdiyyəsi






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
503