Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-03-2026 , 18:13

118

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Atabala Şeydayev: “Sakinlərin qaldırdığı problemlər bələdiyyədə yaradılmış işçi qrupu tərəfindən yerində araşdırılır”

“Hazırda əsas məqsədimiz sakinlərin problemlərini dinləmək və qaldırılan məsələlərin həlli ilə bağlı addım atmaqdır”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev  deyib. 

Sədr qeyd edib ki, cari ildə həyata keçirilən layihələrin hər biri - Ağbaş, Əmirxanlı və Vələsli kəndinin daxili yollarında cari təmir işlərinin aparılması məhz sakinlərin təşəbbüsü ilə həyata keçirilib.

Sədr bildirib ki, sakinlərin qaldırdığı problemlər bələdiyyədə yaradılmış işçi qrupu tərəfindən yerində araşdırılır və bələdiyyə iclasına müzakirəyə çıxarılır.  Qərar  verildikdən sonra layihənin icrasına başlanılır.

Sədr qeyd edib ki, layihələr əsasən  bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC tərəfindən icra olunur. Müəssisənin texniki təminatı üçün bələdiyyə yanvar ayı ərzində əldə etdiyi maliyyə vəsaiti ilə təsis etdiyi müəssisənin balansına çoxfunksiyalı  “DT-75” traktoru alaraq təhvil verib. Müəssisəni inkişaf etdirməkdə bələdiyyənin məqsədi yerli büdcəyə dayanıqlı və sabit maliyyə vəsaitinin daxil olmasına şərait yaratmaqdır. 

Xatırladaq ki, bələdiyyənin 13 üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var.  İrili-xırdalı 38 kəndi əhatə edən bələdiyyənin ərazisində isə 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər