Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2026 , 21:04

506

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “İcra başçısı problemlərimizin həllinə daim həssaslıqla yanaşır”


“Ağcabədi rayonunda yerli idarəetmə orqanları ilə icra strukturları arasında qarşılıqlı əməkdaşlıq və sağlam işgüzar münasibətlər mövcuddur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.

Sədrin sözlərinə görə.  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bələdiyyələrin fəaliyyətinə daim dəstək göstərilir, bələdiyyələrin  problemlərinin həllinə həssaslıqla yanaşılır.

Bu gün hər hansı çətinliklə üzləşdiyimiz zaman məsələ operativ şəkildə diqqətə alınır, qanunvericilik çərçivəsində müvafiq addımlar atılır. Bu yanaşma nəticəsində bir çox sosial və infrastruktur layihələrinin icrası uğurla təmin edilmişdir. Əldə olunan nailiyyətlərdə icra başçısının prinsipial mövqeyi, konstruktiv yanaşması və bələdiyyələrlə sıx əməkdaşlığı mühüm rol oynamışdır. Bu əməkdaşlıq rayonda sabitliyin, inkişafın və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər