Ruslan Əhmədov: “Bütün bu çətinliklərə baxmayaraq vətəndaşın bələdiyyəyə inamı itməyib”
“Bu gün bələdiyyələrin inkişafı, əhali arasında çəki və nüfuzunun artması üçün ilk növbədə əmlakın, istər sənədsiz, istərsə də bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı sənədləşdirmə prosesinin müddətinin qısa zaman kəsiyində həyata keçirilməsinə zəruriət yaranıb”- bu fikirləri Belediyye.infonun sorğusuna cavab olaraq Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov deyib. Bu gün sənədləşdirmə prosesinin aylarla, bəzən illərlə davam etməsi nəticədə vətəndaşı bələdiyyədən narazı salır. Çünki o sənədləşdirmənin icrası üçün məhz ilk olaraq bələdiyyəyə müraciət edib.
Etiraf edilməlidir ki, bir çox hallarda sənədləşdirmə prosesini həyata keçirən orqanların bu məsələlərin həllinə “səthi yanaşması” nəticə etibari ilə bələdiyyənin həm büdcə gəlirlərinə, həm də ərazidə bu qurumların çəki və nüfuzuna ciddi təsir edir.
Bütün bu problem və çətinliklərə baxmayaraq vətəndaşın bələdiyyəyə inamı itməyib. Çünki bir çox hallarda məhz bələdiyyələrin həyata keçirdiyi layihələrin bir qismi məhz vətəndaşların müraciətlərinə əsasən həyata keçirilir.
Belediyye.info
Rəylər
0 Rəy