Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 12:13

407

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov:  “Bundan sonra hədəfimiz daha böyük uğurlara imza atmaqdır”

"Bələdiyyənin vergi xidməti hazırda vergi-uçot sistemində dəqiqləşdirmələr aparmaqla yanaşı, debitor borcu olan vergi ödəyicilərlə ciddi maarifləndirici görüşlər keçirməklə  məşğuldur”- bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.

Sədr deyib ki, 2024- cü ilin yanvar ayında yığılan verginin həcmi  299 manat olmaqla, 255 manat əmlak, 44  manatlıq torpaq vergisi, 2025-cü ildə ümumi olaraq 689 manat olmaqla, 626  manatlıq əmlak, 63 manatlıq torpaq vergisi , 2026-ci ildə isə  ümumi 6.067 manat olmaqla, 3.695 manatlıq əmlak, 2.372 manatlıq torpaq vergisi əldə olunub.  Bu isə 2024-cü illə müqayisədə 20 dəfə, 2025- cü illə müqyisədə 7.9  dəfə artım deməkdir.

Sədr qeyd edib ki, Masallı bələdiyyəsi ilk dəfə idi ki, yanvar ayında bu qədər vergi toplanılmasına nail ola bilib. Etiraf edilməlidir ki, bu uğura kollektivin birgə səyi, həmçinin Masallı RİH-in dəstəyi və BAMS proramının verdiyi imkanlar hesabına nail olmuşuq. Bundan sonra hədəfimiz daha böyük uğurlara imza atmaqdır.

Sədrin sözlərinə görə, 2024-cü ildə 57.678 manat vergi toplanılmışdısa, bu rəqəm ötən il 116.454 manata bərabər olub.

“Yekunda borcu ödəməyənlərlə bağlı məsələr bələdiyyə iclasında müzakirəyə çıxarılaraq müvafiq qərarların qəbul ediləcək” deyən sədr fikrini belə tamamlayıb.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər