Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”
“ Hər bir vətəndaşın müraciətini diqqətdə saxlamaqla onun icrasının təmin edilməsi üçün var qüvvəmizlə çalışırıq”- bu fikirləri Belediyye.infoya Ağsu rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov deyib.
Sədrin
sözlərinə görə, bələdiyyə ərazisinə daxil olan Padarqışlaq kənd sakinlərinin əkin
sahələrinin su təminatının yaxşılaşdırılması üçün Bico bələdiyyəsinin təşkilatçılığı
ilə su kanallarının təmizlənməsi həyata keçirilmişdir. Dörd kilometr uzunluğunda
olan kanal Su-kanal idarəsinin təqdim etdiyi ekskovatorun dəstəyi ilə təmizlənmiş
və bununla da suyun axını sürətlənmişdir.
Sədr bildirib ki, bələdiyyənin həyata keçirdiyi bu layihənin icrasını
sakinlər razılıqla qarşılamışlar.
Ziya Əhmədov hər bir layihənin icrasında vətəndaşların dəstəyinə ehtiyac olduğunu qeyd etmiş, həmçinin sədr vətəndaşlara bələdiyyənin əhatə etdiyi kənd ərazisində aparılacaq abadlıq işləri üçün maliyyə dəstəyinin onların ödəyəcəyi vergiyə bağlı olduğunu diqqətə çatdırmışdır.
Bu məqsədlə vətəndaşların ödəməli olduqları torpaq, əmlak
və digər vergilərin vaxtında ödənilməsi, bələdiyyə torpaqlarından səmərəli
istifadə edilməsini tövsiyyə etmişdir.
Sədr
qeyd edib ki, bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy