Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2025 , 00:55

711

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Qobustan bələdiyyəsinin ilk iclası haqqında məlumat kimdə var? CİDDİ:

MSK-nın yaydığı məlumata görə, Qobustan bələdiyyəsinə 13 üzv seçilib. Üzvlərdən ən az səsi 1.392 olmaqla Aytac Şəkərova, ən yüksək səsi isə 2.293 olmaqla Vasif Zamanov toplaya bilib.

Allah hər 13 üzvün işini avand eləsin. Sözüm yoxdur.

Əlavə edim ki, rayonun Cəmcəmli, Dərəkənd, Ərəbqədim, Qobustan, Qurbançı və Şıxzahırlı bələdiyyələri Qobustan bələdiyyəsinə birləşdirildiyini nəzərə alsaq, bələdiyyənin əhatə dairəsi bir qədər də genişlənib. Və bu birləşdirmə sözsüz ki, vaxt apara bilər. Olsun.

Bəs maraqlıdır, bir xeyli müddət keçməsinə baxmyaraq Qobustan bələdiyyəsinə secilən üzvlər haqqında MSK-nın saytında məlumat əldə etsək də, bələdiyyənin ilk iclasının keçirilməsi barədə məlumatı haradan əldə edə bilərik? Niyə bu günədək bu məlumat ictimailəşdirilməyib.

Məqsəd nədir? Bəlkə bu rayonda da sədrin yerdəyişmısi olub, ya olacaq, ya da gözlənilir. Ona görə, paylaşılmayıb. Yuxarı bir adam, aşağıya başqa bir adam deyilib.

Etiraf edək ki, belə "maniPulyasiya" artıq bu seçkidə bir sıra rayonlarda sanki bir ənənəyə çevrilib. Məmurların, sözsüz ki, min oyunu var, bir "armudun" üstündə. Kor-kor, gör-gör.

7-dən 77-dək hər kəsin bu oyunlardan xəbəri var.

Qısası, bizə Qobustan bələdiyyəsinin ilk iclası haqqında məlumat lazımdır. Ən əsası 13 nəfərdən kimin sədr, kimin sədr müavini seçilməsini öyrənmək istərdik. Kimin xəbəri varsa yazsın. Nə isə...

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

1 milyondan çox seçici səs verib

Gündəlik Xəbərlər
29-01-2025
1093

İlham Əliyev səs verdi

Gündəlik Xəbərlər
29-01-2025
1419

Bələdiyyə seçkilərinə böyük maraq var


Gündəlik Xəbərlər
29-01-2025
1046

Məzahir Pənahov seçicilərə çağırış etdi


Gündəlik Xəbərlər
29-01-2025
1009

Azərbaycanda bələdiyyə seçkiləri başladı


Gündəlik Xəbərlər
29-01-2025
1027

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Gündəlik Xəbərlər
29-01-2025
1073