Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2025 , 17:08

2262

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyələrə subvensiyaların ayrılmasında şəffaflıq YOXDUR


Azərbaycan bələdiyyələrinə qarşılaşdıqları problemlərin həlli, o cümlədən müəyyən layihələrin icra edilməsi ilə bağlı yarandığı gündən etibarən hər il dövlət büdcəsindən dotasiya ayrılıb.

Bunu Modern.az-a açıqlamasında "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli bildirib.

O qeyd edib ki, son bir neçə ildə isə dotasiya ilə yanaşı subvensiyanın ayrılması ilə bağlı qərar verilib.

"Bələdiyyələrə ayrılan subvensiyanin həcmi 1 milyon 550 min manatadək artırılıb. Cari ildə isə bələdiyyələrə təqribən 6.5 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılacaq. Ümumiyyətlə beynəlxalq təcrübədə bələdiyyələrə dövlət tərəfindən dotasiya və subvensiya ayrılır. O cümlədən onlar həmdə qanunvericilik qaydasında vergilərin yığılmasını həyata keçirilir. Burada əsas məqsəd yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması, o cümlədən onların seçicilərinə göstərdiyi xidmət səviyyəsini artırmaq, vətəndaşların problemlərinə dəstək vermək, layihələrin icra edilməsinə şərait yaratmaqdır. Güman edirəm ki, Azərbaycanda bundan sonrakı dövrdə bələdiyyələrə xüsusilə subvensiya məbləği artırılmalıdır".

Müsahibimizin sözlərinə görə, burada atılacaq addımlardan biri də dotasiya və subvensiyanin ayrılmasında mövcud neqativin aradan qaldırılması olmalıdır:

“Bələdiyyələrə subvensiya layihələrinin ayrılması ilə bağlı hər hansı şəffaflıq təmin edilmir. Bunu həyata keçirən Maliyyə Nazirliyidir. Bu günə qədər ayırdığı subvensiya layihələri ilə bağlı keçirdiyi müsabiqənin şərtləri, forma və məzmunu, hansı bələdiyyələrə ayrılması, bələdiyyələrin layihənin icrasını hansı şəkildə həyata keçirməsi ilə bağlı Maliyyə Nazirliyi hər hansı formada şəffaflığı təmin etmir. Hər il 4-5 bələdiyyəyə bu istiqamətdə maliyyə vəsaiti ayrılır. Amma məlumat yoxdur ki, hansı bələdiyyələrə ayrılıb, vəsait necə xərclənir, bələdiyyədə dayanıqlı maliyyə mənbəyi yaradıla bilibmi. Tək-tük bələdiyyə var ki, onlara ayrılan subvensiya çərçivəsində müəyyən layihə icra etdiklərini paylaşıblar. Əslində subvensiya ayrılmasında əsas məqsəd bələdiyyələrdə dayanıqlı maliyyə mənbəyinin yaradılmasına yardım etməkdir. Güman edirəm ki, Nazirlik tərəfindən müəyyən addımlar atılsa, şəffaflıq təmin edilsə və Milli Məclis tərəfindən məbləğin artırılması ilə bağlı qərar qəbul edilsə, bələdiyyələr özləri dayanıqlı maliyyə mənbələrini yarada bilərlər. Bu da bələdiyyələrin müəyyən mənada üzləşdiyi çətinliklərin aradan qaldırılmasına təkan verər. Bu istiqamətdə müəyyən addımların atılması zəruridir. Seçkilərdən sonra 685 bələdiyyə formalaşdırılacaq. Seçəcəyimiz bələdiyyə üzvləri cəmiyyətin qəbul etdiyi işgüzar, bacarıqlı, əhalisi tərəfindən sevilən insanlar olmalıdır”.

https://modern.az/aktual/504302/belediyyelere-subvensiyalarin-ayrilmasinda-sheffafliq-yoxdur/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
449

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
748

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
726

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
602

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
824

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
723