Bələdiyyə sədri: "Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır"
"Sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır"- bu fikirləri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin ilk iclasından başlayaraq bələdiyyəyə edilən hər bir müraciət diqqətdə saxlanılır. Bələdiyyədən asılı olan məsələlər dərhal öz həllini tapır. Müraciətlər əsasən vergilərin ödənişi ilə, habelə məhəllədaxili yollara asfalt vurulması və digər məsələlərlə bağlı olur. Şəhid və qazi ailələrinə isə bələdiyyədə xüsusi diqqət göstərilir.
Bu günlərdə isə qəsəbə ərazisində qanunsuz tikilmiş qarajların söküntüsündən sonra ərazidə yaranmış natəmizliyin aradan qaldırılması və ərazidə abadlıq işlərinin aparılması ilə bağlı sakinlərin müraciəti bələdiyyə iclasında müzakirə edilərək layihənin icrasına razılıq verilmişdir.
Sabunçu RİH-in təşəbbüsü və A.A.Bakıxanov bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin Məhsəti Gəncəvi küçəsində 500 kv.m-lik əraziyə asfalt vurulması başa çatdırılmışdır.
Sədr bildirib ki, rayonda, ümumiyyətlə, aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır.
Belediyye.info
Rəylər
0 Rəy