Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-02-2025 , 16:45

2400

Son xəbərlər

Bütün xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də ..."

“İsmayıllı bələdiyyəsi qarşıdakı illərdə yeni idarəçilik modelinə keçməyə hazırlaşır. Bələdiyyələrin maliyyə potensialının artırılması, şəffaf idarəçiliyin təmin edilməsi və elektron sistemlərin tətbiqi artıq müasir dövrün tələbidir” – bu fikirləri uzun illər bələdiyyə sistemində uğurla çalışan mütəxəssislərdən olan   Tərlan İsmayılov deyib.      

Əlavə edək ki, nələdiyyə sistemində uğurlu karyera quran Tərlan İsmayılov uzun illərdir bələdiyyə sistemində məsul vəzifələrdə çalışmış, Xırdalan və Nəsimi bələdiyyələrində innovativ yanaşmaları ilə fərqlənmişdir. Onun rəhbərlik etdiyi layihələrdə əsas hədəf icra hakimiyyəti ilə koordinasiyalı şəkildə işləyərək İsmayıllının inkişafına töhfə verməkdir.

Tərlan İsmayılovun rəhbərliyi altında rəqəmsal vergi uçotu sistemi tətbiq olunmuş, bələdiyyə gəlirləri artmış,  şəffaf və nağdsız ödəniş sistemləri işə salınmış, habelə bələdiyyə sahibkarlara daha səmərəli və şəffaf xidmətlər təqdim etməyə başlamışdır.

Bələdiyyə idarəçiliyi üzrə zəngin təcrübəyə malik olan Tərlan İsmayılov İsmayıllının turizm, kənd təsərrüfatı və yerli biznesin inkişafı üçün strateji planlar təqdim etməyə hazır olduğunu bildirib.  Belediyye.infonun əməkdaşı ilə söhbətində bildirib ki, bələdiyyələr yalnız torpaq və əmlak vergisi toplamaqla məhdudlaşmamalıdır.Bələdiyyələr həm də,  

1)      Turizmin inkişafı üçün şəffaf rüsum və onlayn uçot sistemi,

2)      Kənd təsərrüfatı üçün subsidiya və dəstək mexanizmləri,

3)      İsmayıllıda ilk dəfə rəqəmsal bələdiyyə sisteminin yaradılması,

4)      Yerli sahibkarların və fermerlərin bələdiyyə ilə birbaşa işləməsi üçün yeni platformalar,

5)      İcra Hakimiyyəti ilə koordinasiya və effektiv idarəetmə sisteminin qurulmasına çalışmalıdırlar.

Tərlan İsmayılov bildirib ki, bələdiyyələrin uğuru təkcə daxili idarəetmə ilə deyil, həm də yerli icra strukturları ilə səmərəli əməkdaşlıqla bağlıdır. Onun sözlərinə görə, İsmayıllı bələdiyyəsinin gələcək inkişafı üçün şəffaf, rəqəmsal və inkişafa açıq bir sistem qurmaq lazımdır. Bunun üçün:

1) Elektron ödəmə və vergi sistemlərinin tam tətbiqi,

2) Sahibkarlar və vətəndaşlar üçün rəqəmsal xidmətlərin genişləndirilməsi,

3) İsmayıllı bələdiyyəsini ölkədə model bir bələdiyyəyə çevirmək tələb olunur.

Tərlan İsmayılov bildirib ki, İsmayıllının iqtisadi potensialı çox böyükdür və onu düzgün idarəçiliklə daha da inkişaf etdirmək mümkündür. Bələdiyyə yalnız büdcə toplamaqla yox, həm də yerli iqtisadiyyatı stimullaşdırmaqla məşğul olmalıdır. Bu strategiyanın həyata keçirilməsi üçün təcrübə, bilik və idarəetmə bacarığı lazımdır. Müşahidələr göstərir ki, İsmayıllı bələdiyyəsi artıq yenilikçi və effektiv idarəçilik modelinə keçməyə hazırdır.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
207

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
459

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
667

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
582

Nazir bu şəhərdə vətəndaşları qəbul edəcək

Gündəlik Xəbərlər
29-10-2025
610