Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-11-2024 , 11:24

1688

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “İki qardaş ölkə arasındakı mövcud əlaqələrin bələdiyyə səviyyəsində də inkişaflna ehtiyac var”


““BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)  Türkiyə Cumhuriyyətinin bələdiyyə sədrlərinin böyük  qruplar şəklində aktiv şəkildə iştirak ediblər” -  bu fikirləri  Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. 

Böyük  bir qrup şəklində TDBB-nin nümayəndə heyəti  “Yerli idarəetmələrdə iqlim dəyişikliyi ilə mübarizə işləri” Panelində iştirak edib. TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin də iştirak etdiyi paneldə TDBB-nin prezidenti  və Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay, Bosniya və Herseqovinadakı  Brcko bələdiyyəsinin sədri Zijad Nisic,  Şimali Kipr Türk Cumhuriyyətinin  Güzelyurt bələdiyyəsinin sədri Mahmud Özçınar, Özbəkistan Bələdiyyələr Birliyin sədri  Ümid Rəcəbov, Şimali Makedoniyanın Kalkandelen bələdiyyə sədrinin müavini Muhammet Mustafanın iştirakı ilə  geniş fikir mübadiləsi aparılıb. 

TDBB prezidenti Ugur İbrahim Altay iki fərqli paneldə iqlim dəyişikliyi və zəlzələ tullantılarının idarə olunması mövzusunda çıxış edib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə Konyanın nümunəvi ekoloji sərmayələrini izah edən bələdiyyə sədri “Qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin ortaq problemidir və uğur ancaq birlikdə həll edildikdə və birlikdə həll yolu tapıldığında əldə edilə bilər. Əks halda, yaxın gələcəkdə geri qaytarılması mümkün olmayan daha böyük problemlərin baş verməsi mümkündür”, - deyə o bildirib.

Bundan sonra Türkiyə Bələdiyyələr Birliyini nümayəndə heyəti  “Yerli idarəetmələrdə iqlim dəyişikliyi ilə mübarizə işləri” Panelində  geniş tərkibdə iştirak edib.

Paneldə Türkiyə Bələdiyyələr Birliyinin (TBB) üzvləri, İzmir Böyükşəhər bələdiyyəsinin sədri Cemil Tugay, Antalya Böyükşəhər bələdiyyəsinin sədri Muhittin Böcek, Muğla Böyük şəhər bələdiyyəsinin sədri Ahmet Aras və Mərmərə Bələdiyyələr Birliyin sədri Cəmil Arslan iştirak ediblər.

Panel iclasında dünyada baş verən qlobal ekoloji böhrandan çıxış yollarında   yerli özünüidarəetmə orqanlarının verəcəyi töhfələrdən danışılıb.

Çıxış edən böyükşəhər bələdiyyələrinin sədrləri hər biri konkret təklif və proqramları tədim ediblər. Hər bir TBB nümayəndə heyətinin üzvü  çıxışlarında Azərbaycanda keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu və bələdiyyələr arası əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi xüsuilə qeyd etdilər.

Təmraz Tağıyev qeyd edib ki, “COP29-un ev sahibi olaraq Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməyindən qürur duyur.  İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələrinin yüksək səviyyədə olması  bu əlaqələrin yerli özünüidarəetmə səviyyəsində də inkişaf etdirilməsina  ehtiyac yaradır.”

Sədr qeyd edib ki, Türkiyə Bələdiyyələr Birliyi təmsilçiləri ilə görüş  ABMA-nın mənzil-qərargahında daha geniş tərkibdə davam etdirilib.

Təmraz Tağıyev qeyd edib ki, ölkəmizin bütün bəşəriyyəti  narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkan olduğu, rəsmi Bakının ən nüfuzlu tədbirləri belə yüksək səviyyədə təşkil  etmək bacarağı bir daha təsdiqləndi.

Hər iki panel müzakirələrdəki iştirakından  məmnun qaldığını bildirən Təmraz Tağıyev “Post COP” dövründə rəhbərlik etdiyi Nərimanov bələdiyyəsinin də töhfə verməyə hazır olduğunu bildirib.

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
723

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
755

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
874

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
787

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
841

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
765

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
917