Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-08-2024 , 20:23

1252

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda layihə həyata keçirir. Layihə çərçivəsində iyul ayı ərzində Güllük, Ləkit, Tasmalı və Almalı bələdiyyələrində  bələdiyyələrin  üzv və qulluqçularının iştirakı ilə  görüşlər keçirilmişdir. Hər bir görüşün yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Layihənin gedişi zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə və Qax bələdiyyəsinin sədri Eyvaz Orucovla görüşlərimiz oldu.

Hər bir görüşdə bələdiyyələrin üzləşdiyi problemlərin həlli, həmçinin əldə edilən uğurlar müzakirə edildi.

Həyata keçirilən görüşlərdən belə qənaətə gəlmək olar ki, Qax rayonunda bələdiyyə-icra münasibətləri müasir tələblərə cavab verilən şəkildə qurulmuş, fəaliyyət üçün bütün istiqamətlərdə icra strukturlarının dəstəyi hiss edilməkdədir.

Beləliklə, hər bir görüşdə layihə barəsində, həm də 15 illik təcrübəsi olan  QHT-nin fəaliyyəti haqqında məlumat verildi. Görüşlərdə həmçinin layihə çərçivəsində hazırlanan buklet paylanıldı və kitabların forma və məzmunu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. İndi isə görüşlər zamanı Qax bələdiyyələrinin fəaliyyəti ilə bağlı  əldə edilən faktlar və rəqəmlərə nəzər yetirək.

Qax rayon bələdiyyələri: faktlar və rəqəmlərdə:

Qax rayonu 08 avqust 1930-cu ildə formalaşdırılıb.

15 avqust 1955-ci ildə Qaxa şəhər tipli qəsəbə statusu verilib. 14 yanvar 1967-ci ildə isə Qax şəhər statusu alıb.

Bakıdan rayon mərkəzinə olan məsafə 409 km-dir.

Qax rayonunun ərazisi 1.494 kv.km təşkil edir.

1963-cü ildə Qax rayonu Zaqatala rayonuna birləşdirilsə də, 17 iyun 1964-cü ildə yenidən təşkil edilib.

2023-cü ildə ölkə bələdiyyələrinin əldə etdiyi büdcə gəlirinin 1.2 faizi Qax bələdiyyələri tərəfindən əldə edilib.

Ölkə bələdiyyələrinin əldə etdiyi mehmanxana rüsumunun 0.54 faizi Qax bələdiyyələrinin üzərinə düşür.

18 Qax bələdiyyəsinin ən yüksək büdcə gəliri 2014-cü ilə olub. Həmin il büdcə gəlirinin həcmi 777,4 min manat olub.

18 Qax bələdiyyəsinin ən az büdcə gəliri 2015-ci ildə olub. Həmin il Qax Bələdiyyələrinin büdcə gəliri 361,2 min manat olub.

Son beş ildə Qax bələdiyyələrinin bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Ötən il Qax bələdiyyələrinin mehmanxana rüsumunun həcmini 2.1 dəfə artırıblar

Dövlət Statistika Komitəsindən “Belediyye.info” ya daxil olan məlumata görə, 2023-ci ildə Qax rayonunda formalaşan 18 bələdiyyənin büdcə gəliri 707,6 min    manat olub. 2022-ci illə müqayisədə Qax bələdiyyələri  cəmi 400 manat az vəsait toplayıblar.

Əldə edilən gəlirin 31.6 faizi vergilərdən, 4 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 21.2 faizi torpaq, 10.4 faizi əmlak vergisindən daxil olub.

Qax bələdiyyələrinin büdcə gəlirinin 58.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qax bələdiyyələri ötən il 329,2 min manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 31.7 faiz çox deməkdir. İl ərzində Qax bələdiyyələrinə 42,0 min manat dotasiya ayrılıb.

Qax bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 18.6 faiz artım olub. Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 84,3 min manat maliyyə vəsaiti daxil olub. Büdcə gəlirlərinin 11.9 faizi məhz bu istiqamətdən daxil olub.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən 11,6 min manat,  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən 10,6 min manat maliyyə vəsaiti daxil olub. Bu maliyyə istiqamətində Qax bələdiyyələrinin büdcə gəliri 2.1 dəfə artıq olub.

Bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən bələdiyyə büdcəsinə hər hansı vergi daxil olmayıb.

Qax bələdiyyələrinin sanatoriya- kurort, mehmanxana və turizm xidmətlərinə görə, ödənişlərin həcmi 2019-cu il - 1,4 min manat, 2020-ci il - 1,5 min manat,  2021-ci il – 1,8 min manat, 2022-ci il – 5,1 min manat, 2023-cü il -  10,6 min manat əldə edə biliblər.

Qax bələdiyyəsinin mülkiyyətində olan 720 kv.m əmlakın icarəyə verilməsindən il ərzində 10 min manata yaxın bələdiyyə büdcəsinə maliyyə vəsaiti daxil olur.

1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərində Qax rayonunda 53 bələdiyyə formalaşmışdı.  Birləşdirmə aparıldığından 2009-cu il dekabrında baş tutan seçkilərdən sonra rayonda bələdiyyələrin sayı 18-ə düşüb.

Layihə davam edir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi

https://www.bizimyol.info/az/news/505836.html



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
335

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
385

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
323

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
426

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
401