Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-08-2024 , 17:47

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bərdə regional ədliyyə idarəsi hüquqi maarifləndirmə işini davam etdirir

Bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə avqustun 22-də Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yevlax rayonu üzrə  bələdiyyələrin bir qisminin sədrlərinin, üzv və qulluqçularının iştirakı ilə  seminar-müşavirə keçirilib. 

Seminarda “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunmasının qanun pozuntularının aşkarlanması və qarşısının alınmasında rolu”, “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması” və “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında müasir informasiya resurslarının əhəmiyyəti” mövzuları üzrə seminar iştirakçılarına ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb. 

Həmçinin tədbir çərçivəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruriliyi seminar iştirakçılarının nəzərinə çatdırılıb. 

Bərdə regional ədliyyə idarəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Fərid Əhmədova 2 yeni müavin təyin edildi

Gündəlik Xəbərlər
09-09-2024

Qax bələdiyyələri: faktlar və rəqəmlərdə

Gündəlik Xəbərlər
06-08-2024