"Azərbaycan bələdiyyəsi 25 il: faktlar və rəqəmlər" kitabı işıq üzü görüb
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində "Azərbaycan bələdiyyəsi 25 il: faktlar və rəqəmlər" kitabı işıq üzü görüb.
Kitaba 25 il ərzində təcrübəsi yayıla biləcək bələdiyyələr haqqında məlumatlar daxil edilib.
Layihənin ideya müəllifi və rəhbəri Vüqar Cəfərov, redaktoru Bəxtiyar Məmmədli, layihənin iştirakçısı Asəf Mikayılovdur.
Xatırladaq ki, hazırda ölkəmizdə 1606 bələdiyyə formalaşdırılıb.
Belediyye.info