Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-10-2024 , 20:52

2644

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“İllik büdcə gəliri 1 milyon manatı keçən cəmi 5 bələdiyyə var” — Borcları silinə bilər


Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin borclarının silinməsi müzakirə olunub. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır. O, bələdiyyələrin borclarının ödənilməsi ilə bağlı addımların atılmalı olduğunu deyib: “Bu, dotasiyaların verilməsi, güzəştlər və s. şəklində müəyyən edilə bilər”. K.Bayramov həmçinin bələdiyyələrin icra aparatlarının formalaşdırılması ilə bağlı yeni mexanizmin hazırlanmasını da təklif edib: “Bu mexanizm də lazımsız ştatların yaradılmamasına təminat verməlidir". Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, dövlət büdcəsinin layihəsi müzakirə olunarkən bələdiyyələrin borclarının silinməsi məsələsi qaldırılmalıdır: "Biz bələdiyyələrin borclarının silinməsini və fəaliyyətlərinə sıfırdan başlamasını təklif etməliyik. Eyni zamanda nümunəvi ştat cədvəli hazırlanıb hər bir bələdiyyəyə verilməlidir. Çünki onların öz ixtiyarına buraxsaq, lazımsız ştatlar yaradacaqlar”.

Məsələyə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Demokrat.az-a açıqlamasında münasibət bildirib. V.Tofiqli bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımları təqdirəlayiq hesab edir: 

“Görülən işlər bələdiyyələrin inkişafına və problemlərinin həllinə yönəlib. Bu gün Azərbaycandakı 1606 bələdiyyənin 700-dək azaldılması sözsüz ki, perspektiv etibarilə bələdiyyənin inkişafına xidmət edəcək. Bələdiyyələrin ümumi xərcləri azalmış olacaq, maliyyənin mərkəzləşməsinə gətirib çıxaracaq. Nəticədə bələdiyyə öz ərazisində müəyyən işləri görə biləcək. Bu prosesin müsbət tərəfləri çoxdur və davam etdirilməsini istərdim. Çünki ərazi baxımından Azərbaycanda bələdiyyələrin sayı 400-dən aşağı olmalıdır. Güman edirəm ki, növbəti mərhələdə bu nəzərə alınacaq”. 

V.Tofiqli qeyd edib ki, birləşdirmə ilə paralel müəyyən problemlər də ortaya çıxa bilər:

“Bələdiyyələrin DSMF-yə 6 milyon manatdan çox borcu var. Bəzən qeyd olunur ki, bələdiyyələrin kifayət qədər büdcə gəlirləri var, onlara xeyli vəsait ayrılır, amma bu fikirlər doğru deyil. Ötən il 1606 bələdiyyənin ümumi 50 milyon manat gəliri olub, bunun da bir qismi dövlətdən ayrılan dotasiyalardır. İllik büdcə gəliri 1 milyon manatı keçən cəmi 5 bələdiyyə var. Bələdiyyələrin kifayət qədər vəsaitinin olması üçün müvafiq orqanlar qanunvericilik, qanunların icrası baxımından onların qarşılaşdıqları problemlərin həllinə səy göstərilməlidir. Bu məsələlər yoluna düşsə, düşünürəm ki, Azərbaycan bələdiyyələri də mühüm inkişaf mərhələsinə qədəm qoyar”.

Törə Zeynallı

Demokrat.az

https://demokrat.az/az/news/208473/illik-budce-geliri-1-milyon-manati-kecen-cemi-5-belediyye-var-borclari-siline-biler


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
854

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1278

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1182

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
810

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
877

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
1000