Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-09-2024 , 18:22

641

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun icra vəziyyətinə dair ictimai müzakirə keçirilib


2024-cü ilin sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”nun icra vəziyyətinə dair ictimai müzakirə keçirilib.

Müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin Dayanıqlı inkişaf məsələləri sektorunun müdiri Pərvin Xasıyeva, “Təmiz Şəhər” ASC-in Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev və 40-dək QHT nümayəndəsi iştirak edib.

Görüşdə “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”na zəruri əlavə və dəyişikliklərin edilməsi, təkliflərin hazırlanması, həmçinin Qarabağ və Şərqi Zəngəzurda vətəndaşlar tərəfindən həmin ərazilərə səfərlər zamanı təbiətin çirkləndirilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb, QHT-lərin fikirləri dinlənilib.

Qurum nümayəndələri müvafiq qeydlər götürüblər, suallar cavablandırılıb.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
339

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
332

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
324