Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-08-2024 , 17:46

3591

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi layihə çərçivəsində 2 kitabın nəşrini başa çatdırıb

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda həyata keçirdiyi  layihə çərçivəsində "Azərbaycan bələdiyyəsi 25 il: faktlar və rəqəmlər" və “Qax rayon bələdiyyələri: faktlar və rəqəmlər” kitabları işıq üzü görüb.

Birinci kitaba 25 il ərzində təcrübəsi yayıla biləcək 25 bələdiyyənin fəaliyyətini özündə əks etdirən məlumatlar daxil edilib. Bununla yanaşı belediyye.info saytında gedən bəzi maraq doğuran məlumatlar da kitaba daxil edilib.

Kitabın məsləhətçisi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevdir.

Xatırladaq ki, hazırda ölkəmizdə 1606 bələdiyyə formalaşdırılıb.

İkinci “Qax rayon bələdiyyələri: faktlar və rəqəmlər” kitabına adıçəkilən bələdiyyənin fəaliyyətiylə bağlı diqqətiçəkən faktlar və rəqəmlər daxil edilib.

Bununla yanaşı “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən layihə çərçivəsində Qax, İlisu, Qaxbaş, Güllük, Ləkit, Tasmalı və Almalı bələdiyyələrində  bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə  keçirilən görüşlər barəsində ətraflı məlumatlar  da daxil edilib.

Kitaba həmçinin, həm də 15 illik təcrübəsi olan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin fəaliyyəti haqqında məlumat həm Azərbaycan, həm də ingilis dilində daxil edilib.

Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri Vüqar Cəfərov, redaktoru Bəxtiyar Məmmədli, layihənin iştirakçısı Asəf Mikayılovdur. İkinci kitabın məsləhətçisi Qax bələdiyyəsinin sədri Eyvaz Orucov və İlisu bələdiyyəsinin sədri Elman Xəlilovdur.

https://www.bizimyol.info/az/news/507014.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
833

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1267

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1169

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
801

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
859

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
978

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
896

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
920