Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-08-2024 , 13:28

1005

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında

 


Şuşa rayonu üzrə 2024-cü ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum olmuşdur ki,  Şuşa rayonu üzrə 2024-cü ilin məhsulu üçün 01 yanvar 2024-cü il vəziyyətinə 1876,1 hektar sahədə əkin işləri aparılmışdır ki, ondan 1026,9 hektarında buğda, 736,8 hektarında arpa, 112,4 hektarında  isə yaşıl yem üçün  xəsil əkilmişdir.

2024-cü ilin məhsulu üçün rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 30,0 hektar sahədə yazlıq arpa,  53,5 hektar sahədə tərəvəz, 6,5 hektar sahədə kartof, 40,0 hektar sahədə isə yazlıq yonca və 91,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (57,0 hektar yemiş, 34,5 hektar qarpız)  əkilmişdir.

Beləliklə, 2024-cü ilin məhsulu üçün 2158,3 hektar əkin sahəsi vardır. Bunun 1876,1 hektarı payızlıq, 221,5 hektarı yazlıq və 60,7 hektarı  isə keçən illərdən qalmış yonca sahəsidir.

Bundan başqa rayonumuzda 12,5 hektar bağ sahəsi vardır.

2024-cü ilin məhsulu üçün əkin sahələri 2023-cü ilə nisbətən 685,2 hektar və ya 46,5 faiz artmışdır. 

2023-cü ildə 1121,5 hektar, bu il isə 1793,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 672,2 hektar, yəni 59,9 faiz  artmışdır.

2023-cü ildə 152,6 hektar, bu il isə 151,5 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 1,1 hektar, yəni 0,7 faiz  azalmışdır.

2023-cü ildə 112,6 hektar, bu il isə 112,4 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən  0,2 hektar, yəni 0,2 faiz azalmışdır.

2023-cü ildən qalma 60,7 hektar və yeni əkilmiş 40,0 hektar yonca sahəsi olmaqla, cəmi 100,7 hektar yonca sahəsi vardır.

2023-cü ildə 86,4 hektar, bu il isə 100,7 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 14,3 hektar, yəni 16,6 faiz  artmışdır.

01 iyul 2024-cü il tarixinə rayon üzrə 1026,9 hektar buğda sahəsindən 710,0 hektarında məhsul yığımı aparılmış və 14200,0 sentner məhsul əldə edilmişdir.

01 iyul 2024-cü il tarixinə rayon üzrə 766,8 hektar arpa sahəsindən 766,8 hektarında məhsul yığımı aparılmış və 14569,2 sentner məhsul əldə edilmişdir.

01 iyul 2024-cü il tarixinə heyvandarlıq sahəsində rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında 5364 baş iribuynuzlu mal-qara, o cümlədən 2544 baş inək və camış, 33170 baş qoyun və keçi mövcud olmuşdur.

       01 iyul 2024-cü il tarixinə mövcud olan mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 597 baş, yəni 12,5 faiz o cümlədən inək və camışların sayı 223 baş, yəni 9,6 faiz artmışdır. Qoyun və keçilərin sayı isə 1887 baş, yəni 5,4 faiz azalmışdır.

Hesabat dövrünə rayon üzrə ət istehsalı 2010,0 sentner (diri çəkidə), süd istehsalı 12440,0 sentner, yumurta istehsalı 640,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 15,0 sentner, yəni 0,8 faiz çox, süd 13,0 sentner, yəni 0,1 faiz çox, yumurta 5,0 min ədəd, yəni 0,8 faiz çox, yun 60,0 sentner, yəni 11,1 faiz az olmuşdur.

2024-cü  ilin yanvar-iyun aylarında  kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 4259,9  min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 21,9 faiz çox olmuşdur.

 

Anar Xəlilov


Şuşa Rayon Statistika İdarəsinin   rəisi   

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
339

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
332

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
324