Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2024 , 22:03

1523

Son xəbərlər

Bütün xəbərlər

 Problemin həlli üçün ən effektiv yol 

Elmi-Praktik Məsələlər
20-12-2024

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Lider xanımlar sırasında beş  bələdiyyə sədrinin də adı var

BMT-nin İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə “Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü çərçivəsində Bakıda “Rəqəmsal İqtisadiyyatda Qadın İştirakı” mövzusunda biznes forum keçirilib. Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) tərəfindən təşkil olunan forum Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə baş tutub. Forumun məqsədi sürətlə rəqəmsallaşan kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların rəqəmsal bacarıqlarının artırılması, fermer qadınların elektron ticarətə çıxışını sürətləndirmək üçün yeni imkanları müzakirə etməkdir.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə qadınların ən böyük məşğulluq sahələrindən biri aqrar sektordur. Aqrar sahə bölgələrdə məşğulluğun təmin olunmasında, o cümlədən qadınların gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Son illərdə kənd təsərrüfatında rəqəmsallaşmanın səviyyəsinin artdığını deyən İlhamə Qədimova rəqəmsal texnologiyalardan istifadənin bu sektorda çalışan qadınların məşğulluq səviyyəsinə və gəlirlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Azərbaycan hökuməti rəqəmsal savadlılığın təşviqi, rəqəmsal alətlərə çıxışın təmin edilməsi və qadınların rəhbərlik etdiyi kənd təsərrüfatı müəssisələrinin dəstəklənməsinə yönəlmiş bir sıra təşəbbüslərə start verib. İlhamə Qədimova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rəqəmsal alətlər və platformalar aqrar sahədə məhsuldarlığı artırmağa, təchizat zəncirinin səmərəliliyini yaxşılaşdırmağa və fermerlərimizin yeni bazarlara çıxışına imkan verir. Nazir müavini qadınları rəqəmsal iqtisadiyyatda fəal iştiraka və rəqəmsal resursların yaratdığı çoxsaylı üstünlüklərdən faydalanmağa çağırıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən silsilə tədbirlərə toxunublar. Qeyd olunub ki, qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən natiqlər ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə danışıblar.

Forumda regionlarda yaşayan, Azərbaycan Kənd Qadınları Assosiasiyası tərəfindən 2022-ci ildən başlanan “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kampaniyasından faydalanan fermer və sahibkar qadınlar da iştirak edib.

Tədbirdə kənd qadınlarının rəqəmsal bacarıqlarının artırılmasına xidmət edən “Smart Qadınlar Smart İcmalar Yaradır” təşəbbüsü, “Technest” Təqaüd Proqramında iştirak zamanı əldə olunan nəticələr təhlil edilib, forum çərçivəsində təşkil olunan "Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi: Çətinliklər, İmkanlar" panelində “Yonca” və “TapAgro” rəqəmsal aqrar platformaları barədə iştirakçılara ətraflı məlumat verilib.

Forumda Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova tərəfindən qadın fermer və sahibkarların uğur hekayələri əsasında hazırlanmış “Azərbaycanın Regionlarından 100 Qadın Lideri” kitabının təqdimatı da keçirilib.

Qeyd edək ki, lider qadınlar sırasında beş bələdiyyənin xanım sədrləri də var . Bu sırada  Goranboy rayonu Borsunlu bələdiyyəsi  sədri Manya Allahverdiyeva, Zaqatala rayonu Kəpənəkçi bələdiyyəsinin sədri Xuraman Şabanova, İsmayıllı rayonu Kürdmaşı bələdiyyəsinin sədri  Tünzalə İsmayılova, Neftçala rayonu  Yuxarı Qaramanlı bələdiyyəsinin sədri  Xanım Kərimova və Goranboy rayonu Faxralı bələdiyyəsinin sədri  Sevda Vəliyevanın adları var.

Tədbirin sonunda xanım iştirakçılara “Fəxri Fərman” və qiymətli hədiyyələr təqdim edilib. 



Rəylər

1 Rəy

Tunzalə

16-07-2024, 5 ay əvvəl

Həqiqətən möhtəşəm bir konfrans idi.Qadinlarimiza göstərilən diqqət və qadınların gördükləri böyük işlər təqdirəlayiqdir.Basda Gülbəniz xanim olmaqla hər kəsə təşəkkür edirəm

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Məmur məhkəmə zalında həbs edildi

Gündəlik Xəbərlər
19-12-2024
204

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
662

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
639

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
518