Təmraz Tağıyev: “Bütün hallarda fəaliyyətimiz secicilərimizin məmnunluğunun təmin edilməsinə yönəlib”
“Bələdiyyələrin bütün fəaliyyəti seçicilərinin problemlərinin həllinə yönəldilir”- bu fikirləri Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Təmraz
Tağıyevin sözlərinə görə, hər bir bələdiyyə öz ərazilərində yaşayan şəhid, qazi
və aztəminatlı ailələrin sosial-məişət qayğılarıyla maraqlanaraq maddi və mənəvi
dəstək göstərməklə, qaldırılan məsələlərin həllinə çalışır. Bu gün elə bir bələdiyyə yoxdur ki, ərazisində
olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsiylə
bağlı layihə icra etməmiş olsun.
“Ancaq
bələdiyyə olaraq bir sıra hallarda şəhid,
qazi və aztəminatlı ailələrin qaldırdıqları məsələlərin həllində çətinlik çəkirik.
Bu isə əsasən torpaq sahəsinin ayrılmasıyla bağlı olur”- bu fikirləri də Nərimanov
Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Bir
çox hallarda bəzi vəzifə sahiblərinin də bu prosesə rəvac verərək özlərinin də
qoşulması təəssüf yaradır.
Təmraz
Tağıyev bildirib ki, hazırda bələdiyyənin mülkiyyətində torpaq sahəsi
olmadığından bir çox hallarda vətəndaş
müraciətlərinin həlli mümkünsüz olur.
Həyətyanı sahə ilə təmin edilməsini istəyənlərə demək istərdim ki,
paytaxtda ehtiyat torpaq fondu olmadığından və bələdiyyə mülkiyyətinə torpaq fondu
verilmədiyindən müraciətlərin həlli qeyri-mümkündür. İstərdik ki, torpaq sahəsinin
ayrılmasıla bağlı bələdiyyəyə müraciət
edənlər bu vəziyyəti nəzərə alsınlar.
Bütün hallarda fəaliyyətimiz secicilərimizin sosial rifah halının yaxşılaşdırılmasına və məmnunluğunun təmin edilməsinə yönəlib.
Belediyye.info
Rəylər
0 Rəy