Eyvaz Orucov: “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin həyata keçirdyi layihənin Qax rayonunda keçirilməsinin bələdiyyənin fəaliyyətinə müsbət təsir edəcəyinə inanırıq”
Xəbər
verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan
Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir
innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda həyata keçirdiyi layihə çərçivəsində Qax bələdiyyəsinin üzv və qulluqçularının iştirakıyla keçirilən ilk görüş şəhər bələdiyyəsinin
inzibati binasında baş tutdu. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov bildirib.
İctimai
birliyin sədri görüş iştirakçılarına layihə
barəsində ətraflı məlumat verərək layihənin əsas məqsədinin bələdiyyə idarəçiliyini təkmilləşdirmək və
idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş münasibətlərinin
yaxşılaşdırılmasını təmin etməkdən ibarət olduğunu qeyd edib.
Vüqar
Cəfərov bu müddət ərzində bələdiyyə sədrinin keçirdyi vətəndaş qəbullarında iştirak
etdiyini və qəbullarda səslən fikirlərin
vətəndaş məmnunluğunun təmin edilməsində başlıca rol oynadığını da dilə gətirib.
Bu
gün bələdiyyənin mülkiyyətində olan əmlakın icarəyə verilməsindən bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaitinin
daxil olması təqdirəlayiq haldır.
Qax Bələdiyyəsinin
sədri Eyvaz Orucov “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyinin həyata keçirdyi layihənin Qax rayonunda keçirilməsinin
bələdiyyənin fəaliyyətinə müsbət təsir edəcəyinə inandığını, həm də QHT- bələdiyyə
münasibətlərinin tənzimlənməsində qarşılıqlı əməkdaşlığın mühüm rol oynayacağınıı
qeyd edib.
Bu
gün bələdiyyə artıq rayonda gənc kadrlar
üçün həm də bir təcrübə məktəbi hesab olunur. Son illərdə artıq iki bələdiyyə
üzvü irəli çəkilərək yüksək dövlət
qulluğuna təyinat almaları təqdirəlayiq hal hesab edilir.
Bələdiyyə
sədri qeyd edib ki, bu gün Qax bələdiyyəsinin əsas fəaliyyəti vətəndaş məmnunluğunun
təmin edilməsinə yönəlib. Sədr daha sonra qeyd edib ki, bələdiyyə mülkiyyətindən
səmərəli istifadə edilməsi üçün var qüvvəmizlə çalışırıq. Bununla yanaşı vergi
xidmətinin əməkdaşları bələdiyyənin büdcə
gəlirlərinin sabit saxlanılması və artırılması üçün çalışır. Bələdiyyənin balansında olan qəbirstanlığın təmizliyi
isə xüsusi olaraq diqqətdə saxlanılır. Məhz
əraziyə xidmətin göstərilməsi üçün bələdiyyə üç nəfəri işlə təmin edərək xidmət
sahəsi yaradıb. Bu gün şəhərin qədim qəbirstanlığına su xətti çəkilib, əlavə olaraq iş və əhaliyə xidmət otaqları
yaradılıb. Yaxın günlərdə ətrafına hasar çəkilmiş qəbirstanlığa təhlükəsizlik kameralarının quraşdırılması da
nəzərə tutulub.
Sədr
həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya
olunan Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin yaratdığı imkandan
maksimum dərəcədə yaralanaraq əmlak
vergisinin həcminin artırmağa çalışdıqlarını da bildirib.
Sədr
xüsusilə vurğulayıb ki, hazırda Qax bələdiyyəsinin əsas məqsədi bələdiyyənin yaradılmış
dayanıqlı maliyyə mənbələrini genişləndirməkdir.
Görüş
də bələdiyyənin komissiya sədrləri, fəal bələdiyyə üzvləri Güllü Əhmədova və
Dilarə Əhmədova səslənən təklif və tövsiyələrlə bağlı öz münasibətlərini bildiriblər.
Görüşdə
layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan kitabların (foto-albomlar) forma və məzmunu
barəsində geniş müzakirələr aparılıb.
Foto albom üçün sorğu anketinin
tez bir zaman kəsiyində doldurulması, habelə həyata keçirilən layihələrin
keyfiyyət baxımından bələdiyyəyə gətirdiyi faydalara toxunulub.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai
birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda Qax rayonunda formalaşan bələdiyyələrdə nəzərdə tutulan görüşləri davam edir.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi
Rəylər
0 Rəy