Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-05-2024 , 22:35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi bundan sonra da həssas qrupa aid insanlara öz qayğı və diqqətini gəstərməkdə davam edəcəkdir”

Nərimanov bələdiyyəsində 1-ci qrup Qarabağ müharibəsi əlilli Sədi Qarayevlə  görüş keçirilib. Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.  

Təmraz Tağıyev müharibə veteranını inzibati binanın  girişində qarşılayaraq, salamlamış və rayon sakin olan müharibə əlilinin sosial-məişət qayğılarıyla maraqlanaraq həlliylə bağlı addım atıldığını qeyd edib. Sədr bildirib ki, qazi Sədi Qarayev  bundan sonra mütəmadi olaraq mənzilində ziyarət edilərək onu narahat edən məsələlərin həllinə öz dəstəyini göstərəcəkdir.

Qazi Sədi Qarayev döyüş xatirələrindən söhbət açıb və  dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.

Təmraz Tağıyev Nərimanov bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən  müraciətlərin hər biri iclasda müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını bildirib.

Sədr qeyd edib ki, Nərimanov bələdiyyəsində bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Sədr qeyd edib ki, Nərimanov bələdiyyəsi bundan sonra da həssas qrupa aid insanlara öz qayğı və diqqətini gəstərməkdə davam edəcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bakıda 30 hektarlıq yeni park salınır

Gündəlik Xəbərlər
15-03-2024

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024