Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-03-2024 , 18:24

2888

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

“Belə olarsa, cəmisi 6-7 bələdiyyə fəaliyyət göstərə biləcək” — Sədr problemlərdən DANIŞDI

Milli Məclisin plenar iclasında bələdiyyələrlə bağlı bir sıra məsələlər müzakirə edilib. Parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bildirib ki, heç bir bələdiyyənin məktəbi, peşə liseyi, idman klubu yoxdur, çünki bələdiyyələrin pulu yoxdur:  “Biz bələdiyyələrə əhali sayı prinsipi ilə yox, büdcəsindəki vəsait meyarı ilə baxmalıyıq. Məsələn, büdcəsində 1 milyon manatdan az vəsait olan şəhər bələdiyyələri, 500 min manatdan az olan rayon və kənd bələdiyyələrinin fəaliyyəti məqsədəuyğun sayılmasın. Çünki vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?! Digər tərəfdən, sosial aktivlik, idman zalları, musiqi kimi sahələr də bölgələrdə əlçatan deyil. Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər. Düşünürəm ki, bu durumda təşəbbüsü bələdiyyələr üzərinə götürməlidir. Qardaş Türkiyədə belə məsələləri bələdiyyələr həll edir”, - deyə deputat əlavə edib. 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli də Demokrat.az-a açıqlamasında deyib ki, kifayət qədər vəsaiti olmayan bələdiyyələrin real fəaliyyət göstərməsi mümkün deyil:

“Bu gün bələdiyyələrin uşaq bağçası, məktəbi, xəstəxanası və digər mədəniyyət və təhsil ocaqlarının olması üçün pulu olmalıdır. Təəssüf ki, bələdiyyələrin hesabında kifayət qədər maliyyə yoxdur. Bələdiyyələrin yetəri qədər büdcəsinin olması üçün onların maliyyə gəlirlərinə yenidən baxmaq və büdcə daxilolmalarının artması üçün müəyyən şərait yaratmaq lazımdır. Bunun üçün bələdiyyələrlə bağlı qanunvericilikdəki mövcud boşluqlar aradan qaldırılmalıdır. Hazırda müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. Üstəlik, qanunvericiliyin icra mexanizmində də bəzi boşluqlar var. Bununla yanaşı, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının bələdiyyələrə yaratdığı problemlər aradan qaldırılmalıdır. Bu sırada xüsusən də Əmlak Məsələləri Dövlət Xidmətinin adını çəkə bilərəm. Vətəndaş konkret olaraq həyətyanı sahəsinin sənədləşdirilməsi və ya torpaq satışı ilə bağlı bələdiyyəyə müraciət etdikdə və bunun üçün müvafiq vəsait ödədiyi halda həm vətəndaş, həm də bələdiyyə aylarla, illərlə prosesin yekunlaşmasını gözləməli olur. Nəticədə bələdiyyəyə vəsaitin daxil olması ləngiyir və vətəndaş prosesdən bir çox hallarda imtina  etməli olur”. 

V.Tofiqli qeyd edib ki, hazırda müəyyən istiqamətlərdə istər Administrasiyanın bələdiyyələrlə iş sektoru, istərsə də Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarının təşəbbüsü ilə bir sıra layihələr icra edilməkdədir: 

“Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi hazırda faktiki olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya olunub. Bu, müəyyən mənada bələdiyyələrin gəlirlərinin artmasına səbəb olacaq. Sistem özü də yenilənib və müasir standartlara cavab verir. Amma atılan addımlar yenə də bələdiyyə büdcəsinin ciddi şəkildə artmasına təsir göstərmək imkanında deyil”. 

Birlik sədri deputatın dedikləri ilə qismən razı olsa da bələdiyyələrə vəsait cəhətdən yanaşmaq fikrinə qatılmır: 

“Belə olarsa, cəmisi 6-7 bələdiyyə fəaliyyət göstərə biləcək. Çünki Azərbaycan Respublikasında formalaşdırılan 1606 bələdiyyənin demək olar ki, 10-a yaxını 1 milyon manat  ətrafında maliyyə vəsaiti toplayır. Xətai, Nəsimi, Nərimanov, Səbail, Yasamal, Xırdalan, Sumqayıt, Binəqədi, M.Ə.Rəsulzadə  bələdiyyələrindən başqa digər bələdiyyələrin büdcə gəlirləri çox aşağı səviyyədədir. Ona görə də düşünürəm ki, bu yanaşma doğru deyil, belə olsa, gərək bələdiyyə sistemi ümumiyyətlə ləğv edilsin. Bələdiyyələrin birləşdirilməsi ilə bağlı gedən müzakirələr haqqında isə deyə bilərəm ki, əhalinin sayı 3 min yox, 5 min, təsərrüfatın sayı isə 2 min olan bələdiyyələrin birləşdirilməsi daha məqsədəuyğun olardı. Fikrimcə, bu, daha çox səmərə verər və birləşdirmə çərçivəsində digər problemlər də həllini tapar”.

 Törə Zeynallı

Demokrat.az

Rəylər

1 Rəy

Tunzalə İsmayilova

30-03-2024, 1 il əvvəl

nə qdər birləsdirur birləsdirsin il ərzində hər evdən ailədən əgəlr versə 1 m pul almaqla hec Dsmf nibodəmək olmur.Torpaq satişi ayri bir faciə....

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
997

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
771

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1515

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
771

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
812

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
858

Yeni seçilən bələdiyyə sədrlərinə 14 qızıl tövsiyə

Gündəlik Xəbərlər
26-03-2025
1124