Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2024 , 19:18

2697

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Hümbət Hüseynov: “Mövcud qanunlara edilən əlavə və dəyişikliklər fəaliyyətimizin təkmilləşdirilməsinə əlavə imkanlar yaradır”


“Ölkəmizdə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir”- bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.

Sədr bildirib ki, ölkə bələdiyyələri də yaradılan bu əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini   davam etdirmişlər.

Prezident Administrasiyasının Bələdiyyələrlə iş sektoru, Milli Məclisinin Regional Məsələlər Komitəsi və Ədliyyə Nazirliynin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. Bununla yanaşı bələdiyyələrin fəaliyyəti ilə bağlı olan bütün qanunvericilik aktlarının ilkin müzakirələrində milli assosiasiyaların təmsilçiləri yaxından iştirak edərək  öz təkliflərini bildiriblər.

Hümbət Hüseynov çıxışında daha sonra qeyd edib: “Hesab edirəm ki, vaxtaşırı olaraq qəbul olunan yeni qanunlar və və gələcəkdə bu imkanlar daha da genişlənəçəkdir.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili, bu sahədə ciddi tədbirlərin görülməsi qarşımıza bir vəzifə kimi qoyulmuşdur.

Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən hazırlanmış Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının imkanları 2023-cü ildə yenilənərək tam istifadə edilməsi üçün respublikanın bütün bələdiyyələrinə tövsiyyə olunmuşdur.

Bələdiyyənin maliyyə əsasını təşkil edən fiziki şəxslərdən əmlak vergisi və torpaq vergisi ödənişlərində üzləşdiyimiz problemlərin aradan qaldırılmasına nail olunmuşdur. Belə ki, proqram vasitəsilə Əmlak Məsələləri Xidmət İdarəsinə tam inteqrasiya olunaraq ödəyicilərin əmlakı və torpağı haqqında məlumat əldə edilərək hesablanması üçün proqrama yüklənməsinə şərait yaradılmışdır.

Bu da bütün bələdiyyələr üçün böyük stimuldur ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində seçicilərimizin ümidlərini doğrultmağa səy göstərə bilsinlər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
524

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
581

Bələdiyyələrlə bağlı bu yeniliklər olacaq - Yenilənib


Gündəlik Xəbərlər
18-10-2024
1034

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
677

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
607

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
941

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
798