Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-11-2023 , 21:30

4800

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Yeni yaranmış 100 QHT-yə  “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir

ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib. Təlim son illər yaranmış yeni QHT-lər üçündür, prosesə 100-ə yaxın QHT cəlb olunub. 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimçilərin xüsusi seçildiyini və 2 gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili,  ümumən idarəedilməsi ilə əlaqədar QHT-lərin bilik və bacarıqlarının artırılması üçün unikal imkan yaradıldığını bildirib. 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, Agentliyin elan etdiyi müsabiqələrdə iştiraka dəvət edib. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini bildirib. 

Açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak edib. 

Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunacaq.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
885

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1293

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1114

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
1043

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1117

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1816

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1758