Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2023 , 22:12

6319

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrası müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanında verilmiş tapşırığa əsasən Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, bu sahədə alternativ mexanizmlərin, o cümlədən icra işinin özəl qurumlara həvalə olunması institutunun tətbiqi ilə bağlı ardıcıl tədbirlər görülür, qabaqcıl beynəlxalq təcrübələr öyrənilir.

Bu məqsədlə nazir müavini Eldar Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Yenidənqurma və İnkişaf Bankının “İcra xidmətinin potensialının gücləndirilməsi - Qanunvericilik və institusional təhlil” layihəsi çərçivəsində 9-13 oktyabr 2023-cü il tarixlərində Serbiya Respublikasına səfərdə olub.

Səfər zamanı əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərindəki Taşmaydan parkında abidəsi ziyarət olunaraq əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nümayəndə heyəti Serbiyanın Ədliyyə Nazirliyində, Publik İcra Məmurlarının Palatasında, Ədliyyə Akademiyasında rəhbər şəxslərlə səmərəli görüşlər keçirib, publik icra məmurlarının ofislərində iş şəraiti, qərarların real icrası işinin təşkili, icra fəaliyyətinin elektronlaşdırılması prosesi ilə tanış olub, mütərəqqi təcrübələri öyrəniblər. 

Bu zaman Serbiyada yeni icra sisteminə keçidin xüsusiyyətləri barədə məlumatlar verilib, mövcud qanunvericilik bazası, icra məmurlarının statusu, təyinatları, ixtisaslarının artırılması, intizam prosedurları, qərarların icrası təcrübəsi, tətbiq olunan informasiya texnologiyaları barədə ətraflı təqdimatlar nümayiş etdirilib, maraq doğuran suallar cavablandırılıb. 

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyevin də iştirak etdiyi tədbirlərdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və tətbiq olunan yeniliklər, o cümlədən “Elektron icra” informasiya sisteminin tətbiqi, əhaliyə göstərilən digər innovativ xidmətlər barədə məlumat verilib, həbsöhbətlərin diqqəti xüsusilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərinə cəlb olunub.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025
573

Səyyar görüşlərdən geridə qalanlar

Gündəlik Xəbərlər
21-07-2025
468

Prezidentin cavablandırdığı suallar - Tam mətn

Gündəlik Xəbərlər
20-07-2025
421

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
672

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
832

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
743

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
882

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2338