Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2023 , 22:50

4306

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Tüləkəran bələdiyyəsinin sədri: “Bilik günü”  kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir”

2023-2024-cü tədris ilinin başlanılması ilə əlaqədar olaraq illik fəaliyyət planına uyğun olaraq Tüləkəran bələdiyyəsinin inzibati ərazisinə daxil olan Yuxarı Tüləkəran, Aşağı Tüləkəran, Yenikənd, Gültəpə və Möhüc kənd məktəblərinin 1-ci sinfində tədris alacaq 50 nəfər şagirdin hər birinə məktəbli çantaları və dərs ləvazimatları alınaraq təqdim edilişdir.
15 sentyabr tarixində anoloji tədbir Quba rayon Möhüc kənd ümumi orta məktəbində keçirilmişdir. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanmışdır. Bələdiyyə sədri Rauf Hüseynov tədbirdə çıxış etmiş şagirdlər, müəllimlər və valideyinlərə təbriklərini çatdırmışdır.

Əziz müəllimlər, şagirdlər və tələbələr, Hörmətli valideynlər, Sizi  “Bilik günü” və yeni dərs  ili  münasibətilə  təbrik edirəm!     
 Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm.
 YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı  bilik vermək, bacarıqlar  formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü”  kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir.
 Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış  gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır.
Əziz müəllimlər, şagirdlər və tələbələr!
Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir,  ümumxalq firavanlığına aparır.
Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!
Bu nəcib işdə göstərdiyi maliyyə dəstəyinə görə Pərvinə Hüseynovaya, təqdimat mərasiminə göstərdiyi köməkliyə görə Quba-Xaçmaz regioanl Təhsil idarəsinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
885

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
1293

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1114

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
1043

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1117

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1816

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1758