Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-08-2023 , 20:33

6672

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

“Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin ilk təqdimat tədbiri keçirildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihəni Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi icra edir. MVQSYİB qalib olmuş layihəsi əsasən Ermənistan və Rusiya ordusunun Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş, girov götürülmüş insanların tanıdılması məqsədi ilə həyata keçirilir. Layihədə önəm verilən yeniyetmə və azyaşlı qızların giröv götürülməsi, onlara işgəncə verilməsi və təcavüzə məruz qalmaları ön plana çəkilib. Layihənin icrası məqsədi ilə “Məhv edilmiş gələcək” filmi şəkilib. Filmin ilk təqdimat tədbiri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçiriləcək. Lakin layihənin işi bununla bitmir. Biz layihənin icrası ərəfəsinzə şəhidlərin tanıdılması məqsədi ilə bir neçə tədbir keçirsəkdə bu tədbirlərin heç birinin layihəyə aid etmədik. 27 avqust 2023- cü il tarixində Yasamal Rayon Bələdiyyəsinin Mərasim evində Cəbrayil rayonunun Dağtumas kəndindən olan 6 nəfər itkin-şəhidin və ümumilikdə Dağtumas kəndindən olan 15 nəfər şəhidin xatirə gününü qeyd edildi.

Yasamal Rayon Bələdiyyəsinin maddi və mənəvi dəstəyi ilə keçirilən tədbirdə, MVQSYİB-nin sədri Rada Abbas tədbirin layihənin məqsədi ilə bir başa üst-üstə düşdüyünü və Azərbaycan vətəndaşlarının vəhşiliklə basdıldıqları 9 toplu məzarın Azərbaycanın qələbəsindən sonra aşkarlandığını qeyd edərək bu ağır dərdi çəkən şəhid analarına baş sağlığı verdi.

Tədbirin təşkilatçılığında MVQSYİB-nin mətbuat xidmətinin rəhbəri İradə Qaracallı, təşkilatın sədr müavini Gülpəri Əhmədova, itkin-şəhid Şəmsi Həmidovun bacısı təşkilatın üzvü Səkinə Həmidova yaxından iştirak etdilər. Yasamal rayon Bələdiyyəsinin dəstəyi ilə Yasamal rayon Bələdiyyəsinin Mərasim evində 1993-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində xüsusi qəhrəmanlıq gösdərərək Şəhid olmuş 6 nəfər məzarsız şəhidimizin işığına toplaşdıq onları anıldı, ailələrinə baş sağlığı verildi.

Həmidov Şəmsi Məhəmməd oğlu

Məmmədov Məzahir Məhəmməd oğlu

Məmmədov Səfdər Novruz oğlu

Allahquliyev Mahir Məhəmməd oğlu

İbrahimov Sərvər Rəşid oğlu

Rüsdəmov Novruz İbiş oğluna anım günü qeyd edildi.

Anım gününə Şəhidlərimizin ailə üzvləri,

Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının müavini Əbil Vəliyev, rayonun Millət vəkili Seyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, Dağtumas kənd İcra Nümayəndəsi İlqar Məmmədov, şair və publisist Yazıçılar Birliyinin üzv, Malik Əhmədoğlu, Türkiyədən gəlmiş tanınmış jurnalist Hasan Barın, Dağtumas kənd sakinləri, şəhidlərimizin döyüş yoldaşları və Cəbrayıl rayon Şəhid Ailələri Müharibə Veteranları Qarabağ Əlilləri İctimai Birliyinin sədri İxtiyar Hüseyinov başda olmaqla Cəbrayıl rayon qaziləri və veteranlari iştirak etdilər. Cəbrayil rayonundan olan məktəblilər və şairlərimiz şəhidlərə həsr edilmiş şerlər söylədilər.

Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov və Bələdiyyənin Ərazi İdarəetmə şöbəsinin müdiri Rizvan Mahmudova MVQSYİB adından dərin təşəkkürümüzü bildiririk

Anım günündə eyni zamanda Müharibə Veteranı Qadınlarına Sosila Yardım İB üzvləri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova, QİAİB sədri Könül Hüseynova, QHT sədri Mehriban Abdullayeva, və bir çox tanınmış şəxslər iştirak etdilər

Anım günündə Şəhidlərimizin keçdiyi döyüş yolu və əziz xatirələri qeyd edildi.

Başın sağ olsun Vətən!!!

https://bizimlider.com/gundem/9875-mhv-edilmis-glck-filminin-ckilmsi-v-dunyaya-yayilmasi-adli-layihnin-ilk-tqdimat-tdbiri-kecirildi.html


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni seçilən bələdiyyə sədrlərinin diqqətinə: CİDDİ

Gündəlik Xəbərlər
05-03-2025
1034

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
943

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
1037

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
1732

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1657

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
726

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
1084