Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 22:20

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədrlərinin iştirakıyla regionlarda sudan qənaətli istifadənin təmin edilməsi məqsədilə görüşlər keçirilib

18 May Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ölkə üzrə tədbirlər davam etdirilir.
Ərazi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, sudan istifadəedənlər birliklərinin rəhbərləri və digər maraqlı tərəflərin iştirakı ilə rayon icra hakimiyyətlərində keçirilən görüşlərdə sudan qənaətlə istifadənin zəruriliyi, dövlətin su siyasəti və bu istiqamətlə həyata keçirilən zəruri tədbirlər barədə geniş məlumatlar verilib.
Kürdəmir, Yevlax, Cəlilabad, Masallı, Göyçay, Ucar, Ağdaş, Zərdab, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında keçirilən görüşlər zamanı rayon əhalisinin içməli və suvarma suyunun çatışmazlığı ilə bağlı sualları cavablandırılıb, bu istiqamətdə təkliflər dinlənilib və müzakirələr aparılıb. Eyni zamanda, kənd təsərrüfatında suvarmada qənaətcil olmağın və nəzarətdən kənar qoşulmaların qarşısının alınmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Abşeronda yeni qəsəbə yaradıldı

Gündəlik Xəbərlər
06-04-2024