Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-04-2023 , 18:51

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərilir


Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərilir

 

Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Honq-Konqda Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) tədbirlərində iştirak edib, bir sıra rəsmilərlə görüşlər keçirib.

Çinin Honq-Konq xüsusi inzibati regionunun başçısı IAACA-nın rəhbər şəxsləri ilə görüşüb. Ölkəmizin ədliyyə nazirinin iştirak etdiyi görüşdə Honq-Konqun rəhbəri Con Li korrupsiya qarşı qlobal mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu sahədə Assosiasiyanın rolunu yüksək qiymətləndirib, təşkilatın fəaliyyətinə dəstəyini ifadə edib.

IAACA-nın vitse-prezidenti kimi respublikamızın ədliyyə naziri çıxış edərək Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyəsini, ikitərəfli münasibətlərin möhkəmlənməsində dövlət rəhbərlərinin xüsusi rolunu vurğulayıb, beynəlxalq  antikorrupsiya mübarizəsində mühüm rol oynayan Assosiasiyanın işində ölkələrimizin töhfəsini qeyd edib. Honq-Konqun rəhbəri Çində “bir ölkə, iki sistem” prinsipinin tətbiq olunduğunu bildirib, habelə Azərbaycanla daha sıx əməkdaşlığa maraq göstərib.

F.Məmmədov Honq-Konqda ədliyyə naziri Pol Lam ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, səmərəli hüquqi əlaqələr qeyd edilib, hər iki ölkənin ədliyyə və məhkəmə sistemi barədə faydalı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar və yeniliklər maraqla qarşılanıb.

Nazir P.Lam rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, hüquqi yardım və ekstradisiya məsələlərinə toxunaraq ölkəmizlə hüquqi əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətini ifadə edib. O, həmçinin Azərbaycanın IAACA-ya mühüm töhfəsini təqdir edib.

Səfər çərçivəsində Honq-Konqun Korrupsiyaya qarşı Müstəqil Komissiyasının sədri Deni Vu ilə görüş keçirilərək həm IAACA çərçivəsində, həm də ikitərəfli səviyyədə səmərəli əməkdaşlıqdan danışılıb. Nazir ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığını, Azərbaycan brendi olan və BMT tərəfindən dünyanın ən qabaqcıl dövlət xidməti kimi qiymətləndirilən "ASAN xidmət"in vətəndaş məmnunluğu doğuran fəaliyyətini qeyd edib.

Komissiyanın sədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu vurğulayıb, Honq-Konqda beynəlxalq antikorrupsiya akademiyasının yaradılması təşəbbüsünü irəli sürdüyünü bildirərək bu məsələdə dəstək göstərilməsi ilə bağlı müraciət edib, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, Honq-Konqun yüksək məhkəməsinin sədri ilə görüş keçirilərək hər iki ölkədə məhkəmə sistemi barədə qarşılıqlı məlumat verilib. Bu sahədə mühüm nailiyyətləri olan Azərbaycanın məhkəmə-hüquq sistemində aparılan islahatlara və yeniliklərə, o cümlədən yüksək texnoloji müasir məhkəmə infrastrukturuna, “Elektron məhkəmə” sisteminin tətbiqinə, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim proseduruna böyük maraq göstərilib.

Həmçinin, məhkəməyə baş çəkilərək səhnələşdirilmiş məhkəmə təşkil olunub və tətbiq olunan İT imkanları nümayiş etdirilib, təcrübə mübadiləsi aparılıb.

Tədbirlərdə IAACA-nın prezidenti Saymon Peh iştirak edib.

Keçirilən bütün görüşlərdə həmsöhbətlərin diqqəti Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın işğaldan azad edilərək sürətli bərpasına, ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanması faktına cəlb edilib, bununla bağlı hazırlanmış xüsusi broşür təqdim olunub. 

Ədliyyə Nazirliyinin Mətbuat xidməti


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Gündəlik Xəbərlər
21-11-2023

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Gündəlik Xəbərlər
21-11-2023

Nazirlikdə ƏMƏLİYYAT: Direktor saxlanıldı

Gündəlik Xəbərlər
17-11-2023