Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2023 , 19:40

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanda oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. 

Tədbirdə giriş sözü çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki “Əsl şəxsiyyətlər təkcə yaşadığı dövrdə deyil, dünyadan köçdükdən sonra da öz izlərini saxlaya bilənlərdir. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə başçısı, Şuşa Fatehi İlham Əliyev isə Zərifə Əliyevanın xalqımıza bəxş etdiyi ən böyük və ən əvəzsiz dəyərdir.

​Zərifə Əliyeva mərhəməti və qayğısı ilə böyümüş lider, indi minlərlə Azərbaycanlı ananın xeyir-duası ilə öz missiyasını müvəffəqiyyətlə həyata keçirməkdədir”

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək, yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, professor Zərifə xanım Əliyevanın adının Azərbaycanın XX əsr tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə yazıldığını bildirib.  Qeyd edib ki, tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara şəfa olan bir insan olub. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, nailiyyətlər, bunların əsasında yaratdığı əsərlər ölkəmizdə tibb elminin parlaq səhifələridir. Şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm və səhiyyədə iz qoyub. Xalqımız Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün yaddaşına həkk etməklə, parlaq xatirəsini həmişə ehtiramla anır.

Çıxış edən natiqlər- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Sevil Mikayılova, Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Respublika Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Fatma Səttarova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, Sağlamlığın Qorunması ictimai birliyinin sədri Yazgül Abdıyeva akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi, mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd ediblər. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyasının məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını vurğulayıblar. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etməsindən, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşdırmasından danışıblar.

Tədbirin sonunda əməkdar artist Samir Cəfərovun ifasında “Əziz anam” mahnısı səslənib.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024