Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2023 , 21:16

3555

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi keçirilib

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində aprelin 18-də Ədliyyə Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası ilə birgə Ulu Öndərin tükənməz irsini əks etdirən kitab sərgisi keçirilib.Nazirliyin rəhbərliyinin və çoxsaylı kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin, habelə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən 400-dən çox kitab və müxtəlif adda miniatür vəsaitlər nümayiş etdirilib.Keçirilmiş sərgidə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirib, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycan ədliyyəsinin bir əsrlik tarixinə dair kitabı təqdim edərək, onun böyük hissəsinin məhz müasir məhkəmə-hüquq sistemimizin müəllifi olan Ulu Öndərin müstəsna roluna həsr olunduğunu diqqətə çatdırıb.Kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova tədbirin mütəşəkkil qaydada təşkilinə görə minnətdarlığını bildirib, dahi Heydər Əliyev haqqında yeni əsərlər, nəşrlər barədə məlumat verib, ədliyyə işçilərinin Ümummilli Liderin irsinə böyük maraq göstərək sərgidə fəal iştirakını xüsusi qeyd edib.Ulu Öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam edib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər