Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2023 , 20:49

10404

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət Xidməti növbəti regional müşavirə keçirib

Son bir il ərzində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 101 inzibati protokol tərtib edilib, 37 min manata yaxın məbləğdə cərimə tətbiq olunub.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin müdiri İlqar Həbiyev bu gün Mingəçevirdə keçirilən regional müşavirədə bildirib.

“Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müvafiq orqanlara müraciətlər ünvanlanıb”, - İ.Həbiyev qeyd edib.

Onun sözlərinə görə, Mingəçevir, Yevlax və Ağdaş rayonları ərazisində ümumilikdə 208 795 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Şöbə müdiri Mingəçevir, Yevlax və Ağdaş rayonları ərazilərində aparılan monitorinqlərin nəticələrini açıqlayaraq bildirib ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız verilir və ya zəbt edilir ki, bu da əkinə yararlı torpaq sahələrinin tədricən məhv olaraq sıradan çıxmasına səbəb olur.

“Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Dövlət Xidməti bələdiyyələri, yerli icra hakimiyyəti orqanlarını, digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır”, - İ. Həbiyev qeyd edib.

O, bildirib ki, bu şəhər və rayonlarda 16 süni balıq gölünün yaradılması səbəbindən 140 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.

Ümumilikdə, monitorinqlər nəticəsində bu dövr ərzində adıçəkilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 175 hal aşkar edilərək sənədləşdirilib.

“Bir məsələdə icarəyə verilən torpaqlarıın icarə haqqının yığılmasıyla bağlıdır ki, bəzi hallarda görünür ki, torpaqdan istifadə edən şəxslər torpaqları səmərəli istifadə etmirlər, icarə haqqlarını ödəmirlər. Torpaq vergilərini dövlət büdcəsinə ödəmirlər. Bu kimi suallar əlbəttə ki, narahatçılıq doğurur və bizim ölkəmizin inkişafında bu tip məsələlərin yolverilməzliyi bir daha da müvafiq qurumlarla müzakirə edilib”, - şöbə müdiri deyib.

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir

Müşavirədə torpaqların istifadəsinə və mühafizəsinə effektiv və sistemli dövlət nəzarəti tədbirlərinin görülməsi üçün ölkə başçısının “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə”, “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanununun tətbiq ilə bağlı 14 aprel 2023-cü il tarixli Fərmanlarına, “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi və onlardan faktiki istifadə vəziyyəti barədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılmasının nəzərdə tutulduğu bildirilib. Bununla bağlı aidiyyəti qurumlara məktub ünvanlanıb, hazırda daxil olan məlumatların təhlili aparılır.

https://report.az/ask/dovlet-xidmeti-16-suni-baliq-golu-sebebinden-140-ha-kend-teserrufati-torpagi-dovriyyeden-cixarilib/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
544

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
376

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
371

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
274

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
417

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
264

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
422

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
635

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
395

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
715