Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2023 , 19:57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Salyan bələdiyyələrinin üzv və qulluqçuları üçün seminar keçirilib 

Aprelin 14-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Salyan rayonu ərazisində yerləşən Salyan, Şorsulu, Sarvan, Qızılağac, Marışlı, Arbatan, Aşağı Noxudlu, Parça Xələc, Çuxanlı, Kür Qaraqaşlı, Qaraçala, Qarabağlı, Xələc, Kərimbəyli, Yolüstü, Varlı, Kürsəngi, Xıdırlı, Yenikənd və Həsənli bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi,bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilələrin bağlanması və müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə” mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin böyük məsləhətçisi Məqsəd Abdini, iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra M.Abdin, C.Şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında  Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçiyev, Çuxanlı bələdiyyəsinin sədri Zaur Vahidov, Qaraçala bələdiyyəsinin sədri Elnur Əhmədov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

Sonda bələdiyyələrin fəaliyyətinə dair qanunvericiliklə bağlı hazırlanmış “Metodik sənədlər toplusu” kitabı bələdiyyə üzvlərinə və qulluqçularına paylanılmışdır.

Şirvan regional ədlyyə idarəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024