Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-11-2026 , 11:00

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə işçilərinin peşə bayramı münasibətilə

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır.

Uzun illərdir əməkdaşlıq etdiyim bir dövlət qurumunun son 25 ildə keçdiyi inkişaf yoluna nəzər saldıqda, onun rəsmi dövlət institutu kimi öz çəkisini və nüfuzunu necə artırdığının şahidi oluruq.

Bu qənaətə sıx əməkdaşlıq etdiyim Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin və regional ədliyyə idarələrinin fəaliyyətini təhlil etdikdə daha aydın şəkildə gəlmək mümkündür.

Bələdiyyələr üzərində inzibati nəzarəti həyata keçirən qurum olmasına baxmayaraq, son illərdə bələdiyyələrin bu quruma münasibətinin müsbət istiqamətdə necə dəyişdiyini müşahidə edirik. Bu gün Nazirliyin qeyd etdiyim qurumlarının bələdiyyələrə yanaşması, münasibətlərin rəqəmsal platformalar üzərindən qurulmasına və inkişaf etdirilməsinə göstərilən diqqət, eləcə də şəffaflıq prinsiplərinə əsaslanan səmimi ünsiyyət bələdiyyələrin bir çox problemlərinin həllinə mühüm töhfə verib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməklə yanaşı, onlara metodoloji və praktiki dəstəyin göstərilməsinin də daim diqqətdə saxlanılması nəticədə Ədliyyə Nazirliyini bələdiyyə üzvlərinin və qulluqçularının güvəndiyi dövlət qurumlarından birinə çevirib.

Hər beş ildən bir keçirilən bələdiyyə seçkilərindən sonra Nazirliyin müvafiq qurumlarının üzərinə düşən iş və məsuliyyətin daha da artmasına baxmayaraq, hazırda formalaşmış münasibət və qarşılıqlı əməkdaşlıq mühitinin əvvəlki illərlə müqayisədə xeyli müsbət istiqamətdə dəyişdiyini etiraf etməliyik.

Bəlkə də, bu fikirlərim bir qədər emosional səslənə bilər. Ancaq istənilən beş bələdiyyə sədrindən soruşulsa, əminəm ki, burada ifadə etdiyim fikirlərin reallığı əks etdirdiyinin şahidi olmaq mümkündür.

İnanıram ki, bundan sonra da çoxsaylı hörmət etdiyim insanların çalışdığı Ədliyyə Nazirliyi gənc və perspektivli siyasi rəhbər, cənab Fərid Əhmədovun rəhbərliyi ilə bu inkişaf xəttini davam etdirərək daha böyük uğurlara imza atacaq.

Eyni zamanda, əminəm ki, regional idarələrdə kadr komplektləşdirilməsi prosesinin sürətləndirilməsi, vakant vəzifələrə təyinatların qısa müddətdə həyata keçirilməsi əldə olunan uğurların miqyasını, təsir gücünü və sürətini daha da artıracaq.

Sonda cənab Nazirə və onun rəhbərlik etdiyi kollektivə ən xoş arzularımı çatdırmaq istəyirəm. Arzum budur ki, cənab Prezidentin daim diqqət mərkəzində saxladığı vətəndaş məmnunluğunun təmin olunması istiqamətində bundan sonra da eyni əzmlə çalışsınlar. Həmçinin, mənim də sıx əməkdaşlıq etdiyim bələdiyyələrin qarşılaşdıqları problemlərin həllində indiyədək göstərdikləri dəstəyi bundan sonra da əsirgəməsinlər.

Ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, hər birinə məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıram!

Vüqar Tofiqli (Cəfərov)

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyin sədri 

Rəylər

0 Rəy


Rəy yaz