Yağış yağır, "yükü" isə bələdiyyə götürməli olur, çünki...
Müşahidələr göstərir ki, paytaxta yağışın istənilən formada yağması ətraf qəsəbə bələdiyyələrinin problemlərini bir qədər də artırır. Çünki bütün hallarda nəticədə subasma hadisəsinin baş vermə ehtimalı olur. Buzovna qəsəbəsində olduğu kimi, ölkə başçısının imzaladığı sərəncamla icra olunmalı olan məsələlərdə bəzi ləngimələr sakinləri də təngə gətirib. Nə isə. Çox dərinə getməyək....
Maraqlı
olan məsələ ondadır ki, sakinlərin həyətindəki suları dövlət qurumu deyil, məhz
bələdiyyələrin aldıqları su muhərriklərinin köməyi ilə kənara ötürülür. Onda
sual olunur. Müvafiq dövlət qurumu vətəndaşa suyu sata bilirsə, hətta su
sayğacı quraşdırıb pulunu da bəri başdan alırsa, vətəndaşın həyətindəki suya
niyə sahib çıxmır? Hətta RİH və bələdiyyənin gördüyü işlərə belə dəstək verməyə
əziyyət çəkir, qısası boynundan atır. Belə olan halda sual olunur, Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi nə işlə məşğuldur? Nəzərə alaq ki, qanunsuz
hesab olunan yaşayış məntəqələrinin salınmasında ADSEA-nın da öz günah payı
var. Sual olunur, kollektorların, iri həcmli
su xəttlərinin üzərilərində ev tikilə müvafiq qurumda "dözüb dura".
Ola bilərmi belə hal. Heç vaxt!!!
Odur
ki, bu proseslərə aradan qaldırılmasında yaxından iştirak edən bələdiyyələrə
heç olmasa dəstək verin. Ayıbdır, vallah. Üstəlik Prezident Fərmanından irəli gələn
məsələlərin həllini sürətləndirin.
Cənablar,
artıq havalar dəyişir, payız gəlir, tələsin...
Belediyye.info
Rəylər
0 Rəy