Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-02-2026 , 19:47

246

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri Fərid Əhmədov Göyçay şəhərində vətəndaşları qəbul edib

 Ədliyyə naziri Fərid Əhmədov 6 fevral tarixində Göyçay şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Ədliyyə Nazirliyi

Rəylər

0 Rəy


Rəy yaz