Regional ədliyyə idarəsinin rəisinə “Baş ədliyyə müşaviri” rütbəsi verilib
Belediyye.infoya daxil olan məlumata görə, Lənkəran regional ədliyyə idarəsinin rəisi Taleh Quliyevə Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə “Baş ədliyyə müşaviri” rütbəsi verilib.
Qeyd
edək ki, Bakı Dövlət Universitetinin hüqüq fakultəsinin bitirən Taleh Quliyev 2006-cı ildən Ədliyyə
Nazirliyinin müxtəlif qurumlarında məsul vəzifələrdə çalışıb. 2021-cı ildən isə
Lənkəran regional ədliyyə idarəsinin vəzifəsinə təyinat alıb.
Əlavə edək ki, Lənkəran regional ədliyyə idarəsi ərazi yurisdiksiyasına Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonları daxildir.
Belediyye.info
Rəylər
0 Rəy