Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-11-2025 , 12:14

1143

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Xəbər verdiymiz kimi noyabrın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı, Nəzarət-Təftiş Komissiyasının hesabatı, eləcə də təşkilati məsələlər müzakirə olunub.

Cari ilin yanvar ayında baş tutmuş seçkilər nəticəsində ölkə üzrə 685 bələdiyyə yenidən formalaşıb ki, bunlardan da 74-ü şəhər bələdiyyəsidir. Yığıncaqda Assosiasiyanın İdarə Heyətinin 15 üzvü seçilib.

İdarə Heyətinə seçilən sırasında Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev,  Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov, Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Xətaı bələdiyyəsinin sədri Elşad Vəliyev, Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov,  Naftalan bələdiyyəsinin sədri Elman Verdiyev, Biləsuvar bələdiyyəsinin sədri İlqar Abbasov,  Gədəbəy Bələdiyyəsinin sədri Zülfüqar Yusubov, Zaqatala bələdiyyəsinin sədri Nurəli Əhmədov, Lənkəran bələdiyyəsinin sədri Vüsalə Babayeva seçiliblər.

Sonra seçilmiş sədrin təklifi əsasında Assosiasiyanın 3 müavini müəyyən olunub.  Yığıncaqda Təmraz Tağıyev İdarə heyətinin sədri, o cümlədən  Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva  Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavinləri seçiliblər.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz