BAMS-ın dövlət informasiya sistemi statusu alması üzərimizə daha böyük məsuliyyət qoyur.
BAMS-ın dövlət informasiya sistemi statusu alması üzərimizə
daha böyük məsuliyyət qoyur. Ümumilli
lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik prinsipləri bu gün də
yaşayır. Sosial ədalət və demokratiya kimi prinsipləri əsas götürərək ölkəmizdə
Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar həyata keçirilir. Hər
sahədə olduğu kimi Bələdiyələrin inkişafı üçün də dövlətimiz tərəfindən hərtərəfli
şərait yaradılır.
Belə şəraitdən biz bələdiyyələr də düzgün istifadə etməklə fəaliyyətimizi
səmərəli qurmağa və sakinlərimizi narahat edən məsələlərin həllinə çalışırıq.
Burda da qeyd olunduğu kümü normal fəaliyyətimiz mövcud qanunvericiliyə
ciddi əməl etməklə güclü maliyyəyə və təcrübəli kadrlardan ibarət peşəkar
komandaya əsaslanmalıdır. Bu baxımdan Bələdiyyələrin Milli Assosiasiyalarının
bizə göstərdikləri dəstək danılmazdır. Əsasən də maliyyə məsələlərin həll edilməsi
məqsədi ilə vergi-uçot sisteminin düzgün qurulması, vergiödəyicilərinin və
vergi obyektlərinin maksimum şəkildə vergiyə cəlb edilməsi işində milli
assosiasiyalar tərəfindən yaradılmış və uzun müddət Nizami bələdiyyəsində də tətbiq olunan Bələdiyyələrin
Avtomatlaşdırılmış Məlumat Sistemini (BAMS) xüsusi vurğulamaq istəyirəm. Son
iki il ərzində BAMS proqramının əsaslı formada təkmilləşdirərək yeni
versiyasının hazırlanması, onun müvafiq dövlət qurumlarının elektron
informasiya bazasına inteqrasiyasının təmin edilməsi proqramın imkanlarını
xeyli genişləndirmişdir. Yaradılmış bu
imkanlar bələdiyyə ərazisində yerləşən
yerli vergiödəyici obyektlər barədə məlumatların qısa müddətdə əldə edilməsinə
və vergiyə cəlb edilməsində işimizi xeyli asanlaşdırmışdır. Əvvəllər hər hansı
vergi obyekti barədə məlumatın əldə edilməsi üçün bələdiyyə tərəfindən
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz
Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Regional idarəsinə
yazılı müraciət olunurdusa və kifayət qədər vaxt itkisi baş verirdisə,
inteqrasiya təmin edildikdən sonra BAMS proqramı vasitəsi ilə bələdiyyə ərazisində
yerləşən istənilən vergi obyekti barədə məlumatları bir neçə dəqiqə ərzində əldə
etmək mümükündür. Qeyd olunan inteqrasiya prosesləri nəticəsində son ildə Gəncə
şəhəri Nizami bələdiyyəsi əmlak üzrə 1714 və torpaq üzrə 85 çıxarış əldə
etmişdir. Bu da, bələdiyyə büdcəsinə əlavə olaraq əmlak vergisindən 20791
manat, torpaq vergisindən isə 3688 manatın daxil olmasına köməklik göstərmişdir.
Eyni zamanda vergiödəyicilər üçün ödəmə imkanları da
artırılmış, mümkün olan bütün ödəmə vasitələri ilə vergilərin ödənilməsinə şərait
yaradılmışdır. Milli Assosiasiyaların Bələdiyyələrin
Online Xidməti Mərkəzi tərəfindən vergi ödəmələrinin daha da asanlaşdırmaq məqsədi
ilə tədiyə bildirişlərində QR kodla ödəniş imkanı tətbiq edilməsi bizə tövsiyyə
olunmuşdur. Əlavə olaraq, bələdiyyə-vətəndaş münasibətlərində şəffaflığın daha
da artırılması məqsədilə “Digital Login”
servisi üzərindən daxil olmaqla ödəyicilər üçün e-belediyye.az domenində test
mühitində elektron kabinet yaradılmış və Nizami bələdiyyəsində də istifadəyə
verilməsi istiqamətində köməklik göstərilmişdir.
Milli Assossaiya tərəfindən mütəmadi olaraq BAMS proqramının
təkmilləşdirilməsi və bələdiyyə işçilərinin Proqramın imkanlarından düzgün
istifadə edilməsi ilə bağlı təlimlər keçirilir, həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə
iş baş idarəsi tərəfindən fəaliyyətimizin qanunauyğun təşkili ilə bağlı müvafiq
tövsiyyələr verilir, region bələdiyyələrinin iştirakı ilə daima seminarlar keçirilir, metodiki köməkliklər
göstərilır.
Düşünürəm ki, BAMS-ın dövlət informasiya sistemi statusunda
bələdiyyələrin vahid informasiya sistemi kimi hüquqi əsaslarının yaradılması üzərimizə
daha böyük məsuliyyət qoyur. Mövcud
qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətimizlə bağlı lazımi məlumatların
vaxtlı-vaxtında Sistemə daxil edilmsini təmin etməliyik.
BAMS proqramının düzgün tətbiqi və imkanlarından maksimal dərəcədə
istifadəsi iilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ölkənin digər bələdiyyələriundə
olduğu kimi Gəncə şəhərinin Nizami bələdiyyəsində də illik büdcə gəlirlərinin
artımına nail olunmuşdur. 2023-cü ildə əvvəlki ilə nisbətən büdcə gəlirlərimiz 10%
artaraq 574 695 manat olmuşdur. Vergi
daxilolmaları isə 2024-cü ildə 2022-ci
ilə nisbətən 12% artaraq 230975 manat təşkil
etmişdir.
Bələdiyyənin maliyyə imkanlarının artması nəticəsində
hesabat dövründə bir neçə şəhid və qazi ailələrinə dəstək göstərə bilmişik.
Sosial qayğıya ehtiyacı olan bəzi ailələrin rifahını yaxşılaşdırmaq üçün maddi
yardımlar göstərmişik. Bundan başqa bələdiyyə ərazisinin yaşıllaşdırılması və
abadlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Bələdiyyə büdcəsindən
ayrılan vəsait hesabına bir sıra iqtisadi, ekoloji və sosial layihələrin həyata
keçirilməsinə nail olmuşuq.
Gələcəkdə bələdiyyəmizin maliyyə iqtisadi vəziyyətini daha
da gücləndirməklə şəhərimizin sosial-iqtisadi inkişafında, ictimai həyatında
yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə
çalışacağıq.
Bələdiyyə idarəçiliyində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi
sahəsində də Assosiasiyanın dəstəyini yüksək qiymətləndiririk. Bu məqsədlə İnkişaf etmiş Avropa dövlətlərinin
və qardaş Türkiyə bələdiyyələri və onların birlikləri ilə əməkdaşlıq əlaqələrinin
qurulması təcrübə mübadiləsi baxımından çox önəmlidir. Milli Assosiasiyanın təklifi əsasında mənim də bələdiyyə sədri kimi 2022-ci ildə və cari ilin aprel ayında Türkiyə
Respublikasının İstanbul şəhərində
keçirilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) 6-cı və 7-ci
ümumi toplantılarında iştirakım təmin edilmişdir. Düşünürəm ki, tədbirdə
birliyin üzvü olan dövlətlərdə yerli özünüidarəetmənin fəaliyyəti ilə bağlı əldə
etdiyim təcrübi biliklər fəaliyyətimizin daha da səmərəli qurulmasında faydalı
olacaqdır.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin
Bələdiyyələrlə iş sektorunun, Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyalarının və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəhbərliyinə
və əməkdaşlarına mütəmadi olaraq bizə göstərdikləri dəstəyə və köməkliklərə görə şəxsim və bələdiyyəmiz
adından təşəkkürlərimi bildirirəm, həmkarlarıma isə fəaliyyətlərində uğurlar
arzu edirəm.
Rəylər
0 Rəy