Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2023 , 12:15

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Əsası Ulu öndər tərəfindən qoyulan  bələdiyyə sisteminin inkişafına hər bir  üzv  öz töhfəsini verməyə borcludur

Əsası Ulu öndər tərəfindən qoyulan  bələdiyyə sisteminin inkişafına hər bir  üzv  öz töhfəsini verməyə borcludur

Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab  İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu gün dahi şəxsiyyətin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunur.

Azərbaycan üçün yerli özünüidarəetmənin yaradılması prosesi Ulu öndərin müəllifi olduğu  müstəqil Azərbaycanın ilk Konstitusiyasında bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi ilə başlanılıb. Yerli demokratiyanın qurulması üçün  qısa müddətdə zəruri qanunvericilik və təşkilati tədbirlər görülüb, 1999-cu ildə Azərbaycanın tarixində demokratik əsaslarla ilk dəfə bələdiyyə seçkiləri keçirilib və yerli özünüidarəetmə sistemi formalaşıb. Hazırda  Azərbaycanda bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait yaradılmışdır.

Ümummilli lider çıxışlarının birində qeyd edirdi: “Bələdiyyələr Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq”.

Göründüyü kimi, dahi lider ilk bələdiyyə seçkiləri ərəfəsində həm etdiyi çıxışlarında, həm də həmin dövrdə  keçirdiyi görüşlərdə söylədiyi fikirlərlə bir tərəfdən bələdiyyə qanunvericiliyinin əsas istiqamətlərini müəyyən etmiş, digər tərəfdən yerli orqanların qarşılaşacağı məqamları və inkişaf istiqamətlərini  müəyyən  etmişdir.

***

Ölkə bələdiyyələri kimi Xəzər rayonu Buzovna bələdiyyəsi də  artıq 23 ildir ki qəsəbə sakinlərinin sosial-rifahı naminə bir çox işlərin, geniş məzmunlu layihələrin həyata keçirilməsində yaxından iştirak etməkdədir. Bu illər ərzində yerli özünüidarəetmə orqanları da özünəməxsus inkişaf yolu keçərək ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar.

Bu gün əsası Ulu öndər tərəfindən qoyulan yerli özünüidarəetmə sisteminin inkişafına hər bir bələdiyyə üzvü  və qulluqçusu öz töhfəsini verməyə borcludur. Hər bir ölkə bələdiyyəsi kimi, Buzovna bələdiyyəsi də bu proseslərdə yaxından iştirak etməklə yaxşı nümunə olub.

Odur ki, cari ilin əvvəlində Ulu öndərin yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsi xüsusi proqramın detallarını bələdiyyə iclasında müzakirə edərək təsdiq edib. Hazırda Buzovna bələdiyyəsi  təsdiq etdiyi  xüsusi proqrama uyğun olaraq qəsəbə ərazisində çoxsaylı layihələri icra etməkdədir.

Heydər Əliyev ilində fəaliyyətimizin əsas məqsədi ilk növbədə şəhid və qazi ailələrinə maddi  və mənəvi dəstəyin göstərilməsi təşkil edir. Mütəmadi olaraq bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla keçirilən görüşlərdə şəhid və qazi ailələrinin problemləri dinlənilir, həlli istiqamətində addımlar atılır.    

Bu günədək Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin çoxsaylı müraciətləri bələdiyyə tərəfindən həll edilib, həmçinin Vətənimizin azadlığı və ərazi bütüövlüyünün qorunmasında şəhid olan qəsəbə sakinlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə monumental abidə ucaldılmışdır. Bununla yanaşı bu qrupa aid sakinlərimizin  yaşadıqları küçələrin abadlaşdırılması da  bələdiyyədə tərəfindən daim diqqətdə saxlanılmaqdadır. Cari ildə bununla bağlı bir neçə ünvanda diqqətiçəkən layihələr icra edilmişdir.

Onu da əlavə etməliyəm ki, yubiley ilində vətəndaş müraciətlərinə əsasən bələdiyyəmiz artıq iki irihəcmli layihəni başa çatdırıb.  Bu günlərdə  qəsəbənin Mirzağa Əliyev küçəsinin bir hissəsində aparılan asfalt işlərinə isə yekun vurulub. Bu layihəni icra etməklə  ərazidə yaşayan 50-dən artıq ailəsinin gediş gəlişində rahatlığı təmin etmiş olduq.

Buzovna bələdiyyəsi olaraq  ölkə başçısı İlham Əliyevin daim tələb etdiyi kimi, xalqın xidmətiçi olaraq vətəndaş məmnunluğunu təmin etmək üçün  daim var qüvvəmizlə çalışırıq.

Sakinlərimizin qarşılaşdıqığı problemlərin həllində, habelə onların sosial-rifah halının yaxşılaşdırılmasında bələdiyyə olaraq öz töfhəmizi vermək üçün büdcə vəsaitilərini artırmağa çalışırıq. Bələdiyyənin vergi xidmətinin əməkdaşları mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparır və bələdiyyənin gördyü işlər barəsində məlumat  verirlər. Məhz atılan addımların sayəsində bələdiyyənin büdcə gəlirlərində ötən ilin müvafiq dövrü ilə müqayisdə 20 faizlik artım müşahidə olunub. Bu gün hər bir qəsəbə sakini bilir ki, bələdiyənin əldə etdiyi maliyyə vəsaitini hər bir manatı qəsəbənin inkişafına yönəldilir.

Bu gün qəsəbənin küçə və parklarında səliqə-səhman yaradılmasında bələdiyyənin də xüsusi yeri vardır.  Bununla yanaşı şəhid və qazi ailələriylə yanaşı, aztəminatlı ailələrə də qayğı və diqqətin göstərilməsini bələdiyyəmiz unutmur. Hər bayram günlərində bu qrupa aid ailələrlə  ərzaq yardımının göstərilməsi bələdiyyənin həyata keçirdyi sosial layihələrin əsas hissəsini təşkil edir.      

***

Azərbaycan xalqı bütün həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ümummilli Liderin əziz xatirəsini bundan sonra da daim uca tutacaq və ehtiramla yad edəcəkdir. Əminik ki, Ulu Öndərin adı ilə bağlı olan bu əlamətdar ildə ölkəmizdə yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması sahəsində bizdə Buzovna bələdiyyəsi olaraq  diqqətəlayiq uğurlar əldə edəcəyik.

Bu gün Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsinin bütün üzvləri və kollektivi təsdiq edilmiş proqrama uyğun olaraq həyata  keçiriləcək layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə  öz töhfəsini bundan sonra da layiqincə  vermiş olacaqdır. 

Mətləb Əliyev

Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz