Bələdiyyə sədri: “Zirə bələdiyyəsi olaraq sakinlərin etimadını, hər zaman olduğu kimi, doğrultmağa çalışırıq”
Təşəbbüs bu bələdiyyənin inzibati binasında irəli sürülüb
Zirə Bələdiyyəsində daha bir görüş keçirilmişdir
Sumqayıt sakinləri idarəetmədə: Məhəllə Komitələrinə seçkilər uğurla davam edir-FOTOLAR
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatovun növbəti vətəndaş qəbulu olub
Bico bələdiyyəsinin sədri sakinlərlə görüş keçirib
Günel Ağayeva: “Bələdiyyə daim iclaslarında sakinlərin müraciətini diqqətdə saxlayır və həlli ilə bağlı ciddi addımlar atır”
Mürsəl Eminov: “Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində sakinlərin qaldırdığı problemlərin həllinə nail olmalıdır”
İki məktuba bir cavabın təhlili CİDDİ
Sədr sakinlərlə görüşüb həm hesabat verdi, həm də problemlərini dinlədi
Tünzalə Qardaşova: “Gələcək hesabatlarımızda vətəndaş fəallığını görmək ümidi ilə bütün sakinlərimizə təşəkkür edirik”

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Qaradağlı bələdiyyəsinin altıaylıq hesabatı
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Ağdaş rayon Qaradağlı bələdiyyəsi 2023-ci ilin ilk 6 ayı barədə hesabatı ictimaiyyətə çatdırır.
2023-cü il ərzində bələdiyyə 18 iclas keçirmişdir. İclasın gündəliyinə 38 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 7 ədədi mülkiyyətə torpaq sahələri ayrılması ilə 7 ədədi bələdiyyə qulluqçularının əmək haqlarının verilməsi, 2 ədədi vətəndaşların ərizə və şikyətlərinə baxılması, 5 ədədi Digər idarə və təşkilatlardan daxil olmuş tövsiyə məktublarının müzakirəsi, 8 ədədi Hərrac komissiyası tərəfindən vətəndaşların adına verilmiş şəhadətnamələrin ləğv edilməsi , 9 ədədi təşkilati və digər məsələlərlə bağlı olub.
Vətəndaşların qəbulu və müraciətlər
Hesabat dövründə bələdiyyəyə 7 ədəd ərizə və 35 ədəd məktub daxil olub. Ərizələrdən 6 ədədi fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması ilə, 1 ədədi isə pay torpaq sahəsinə mal-qaranın ziyanlıq vurması ilə bağlı olub.
Fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi almaq üçün müraciət edənlərdən 3 nəfərə torpaq sahəsi satılmış, 1 nəfər pay torpaq sahəsinə vurulan ziyanla bağlı müraciət edən vətəndaşın sahəsinə baxış keçirilmiş və Ağdaş rayon Məhkəməsinə təqdim etmək üçün arayış verilmişdir.
Müvafiq dövrdə vətəndaşların şifahi qəbulları da təşkil olunmuşdur. 01.07.2023-cü il tarixədək bələdiyyəyə 64 nəfər müxtəlif problemlərlə bağlı şifahi müraciət etmişdir.
2023-ci ilin 6 ayı ərzində bələdiyyəmizə rəsmi orqanlardan 35 ədəd sənəd və məktub daxil olub. Onlardan 6 ədədi yerli İcra Hakimiyyəti orqanından, 27 ədədi Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsindən, 2 ədədi digər idarə və təşkilatlardan göndərilib. Göyçay Regional Ədliyyə İdarəsindən göndərilən tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar müzakirə olunmuş və istifadə üçün qeydiyyata alınmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir. Bələdiyyələrin fəailiyyətini gücləndirmək üçün lazım olan ən mühüm məsələlərlə bağlı tövsiyələr Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətində mühüm amil olan yerli vergilərin toplanmasında yaranan problemlərin də həllinə köməklik göstərilməsi məqsədi ilə seminarların keçirilməsi işimizə xeyli köməklik göstərmişdir.
Bələdiyyə büdcəsi
Gəlirlər
2023-cü ilin ilk 6 ayı ərzində bələdiyyə gəlirləri 7.594.19 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
- Fiziki şəxslərdən torpaq vergisi 898.77 manat
- Fiziki şəxslərdən əmlak vergisi 184.84 manat
- Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 4300 manat
- Icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 1084.33 manat
- 2023-cü ilin əvvəlinə qalıq 1126.25 manat
Onu da qeyd edim ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il bələdiyyə gəlirlərində 810 manat artım olmuşdur.
Xərclər
Hesabat dövründə bələdiyyənin xərcləri 7457.89 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:
- əmək haqqı və onunla bağlı digər ödəmələr 6150 manat
- əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığorta) 504.34 manat
- dəftərxana ləvazimatı, mal və materialın alınmasına 230 manat
- telefon və kommunal xərclərinin ödənilməsinə 134 manat
- mətbuata abunə xərclərinə 103.80 manat
- sair xərclərə (Bələdiyyələrin Milli Assosiasiyasına üzvülük haqqı, reyester idarəsinə, Hərracların Təşkili Komitəsinə və s...) 335.75 manat
Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri
2023-cü ilin 6 ayı ərzində 0.19 ha torpaq sahəsi həyətyanı məqsədi ilə biləvasitə və hərrac yolu ilə satılmışdır.
Tədbirlər
Ağdaş rayon Qaradağlı bələdiyyəsinin sədri müxtəlif yerli əhəmiyyətli tədbirlərdə iştirak etmişdir. Bunlara milli bayramlar, zəfər günü ilə bağlı tədbirlərin təşkili, narkomaniyaya qarşı gənclərin maarifləndirilməsi üçün təşkil olunan iclasları misal göstərmək olar. Bundan əlavə milli bayramımız Novruz bayramı ilə əlaqədar rayon mərkəzində keçirilən tədbirdə bələdiyyəmiz yaxından iştirak etmiş, bayram faytonu hazırlatmışdır. May ayında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə, 26 iyun Silahlı qüvvələr gününə həsr olunmuş bayram tədbirində bələdiyyə sədri yaxından iştirak etmiş, hər iki tədbirin təşkilində köməklik göstərmişdir.
Sonda qeyd etmək istəyirəm ki, fəaliyyətimizdə bir başlıca məqsəd var, o da bizə səs vermiş seçicilərin etimadını doğrultmaqdır. Məqsədimiz, məramımız ancaq kəndlərimizin abadlaşdırılmasına, seçicilərimizin sosial problemlərinin həll olunmasına, bizə müraciət edən vətəndaşlarımızın hər birinin müraciətini nəzərə alaraq onun təmin olunmasına xidmət göstərməkdir.
Ağdaş rayon Qaradağlı bələdiyyəsi
Şəffaflıq, hesabatlılıq və sosial məsuliyyət bizim əsas prinsipimizdir
Sosial məsuliyyətin icrası fəaliyyətimizin əsas sütunlarından biridir
Rəylər
0 Rəy