Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-04-2025 , 17:47

789

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bakı
- +

Ruhin Orucov: “Məqsədimiz seçicilərin  etimadını doğrultmaqdır”

 “Bələdiyyənin maddi bazasının möhkəmləndirilməsi üçün  tərəfimizdən bir çox ciddi addımlar atılır və atılmaqdadır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin yeni seçilən sədri Ruhin Orucov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasında ilk növbədə mövcud olan çətinliklər və problemlər müzakirə olunmuş, əhali arasında aparılan maarifləndirmə işlərinin   gücləndirilməsi qərara alınnmışdır. Həyata keçirilən hər layihə maliyyə vəsaiti tələb etdiyindən bütün hallarda vergi xidməti gücləndirilmiş iş rejiminə keçib.

BAMS-ın verdiyi imkanlardan maksimum dərəcədə istifadə olunur, bildirişlər paylanılmalqa həm də, vergi ödəyicililəri SMS xidmətindən istifadə etməklə məlumatlandırılırlar.    

Bu gün yerli vergi və ödənişlərin büdcəyə daxil olmasına xüsusi diqqət ayrılıb. Belə ki, ilk olaraq vergi ödəyicilərinin  uçotunun aparılması üzrə  dislokasiyaya yenidən baxılır və dəqiqləşdirilir. Digər  tərəfdən Əmlak məsələləri Dövlət  xidmətində qeydiyyatda olan çıxarışların bələdiyyənin ərazisi üzrə əldə olunması  üçün mütamadi olaraq  küçələr üzrə BAMS vasitəsilə  sorğu göndərilir. Gün ərzində təxminən 40-50 nəfər vətəndaşa  vergi borcu barədə SMS  xəbərdarlıq göndərilir. Bundan başqa Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binalarından da dəqiq uçotun aparılması,  yeni tikilmiş binaların  vergiyə cəlb olunması üzrə  bir sıra addımlar atılmaqdadır.

Sədr daha sonra qeyd edib ki, bələdiyyə öz fəaliyyətlərini daimi komissiyalar vasitəsilə həyata keçirir.  İlk bələdiyyə iclasında sədr seçildikdən sonra bələdiyyənin fəaliyyətinin daha da səmərəli təşkili məqsədi ilə yeni tərkibdə komissiyalar formalaşdırıldı. Büdcə məsələləri, yerli sosial, yerli iqtisadi inkişaf, hüquq məsələləri və ekologiya məsələləri üzrə daimi komissiyalar artıq fəaliyyətdədir. Yerli sosial məsələlərin komissiyasının ilk addımı qəsəbənin aztəminatlı ailələrinin siyahısı tərtib olunması oldu.  Bələdiyyə öz fəaliyyəti ərzində həssas qrupa aid  ailələri diqqətdə saxlamaqla, onlara maddi köməkliklər göstərməyi qərar verib. Qəsəbənin şəhid ailələri və qaziləri də  xüsusi olaraq sədrin  daimi diqqət mərkəzindədir.  

Ruhin Orucov  bildirib ki, qəsəbə bələdiyyəsi olaraq fəaliyyətimizi əsasən əhalini narahat edən  problemlərin həllinə yönəldirik.

Hesab edirik ki,  vətəndaş məmnunluğunun təmin edilməsi  məqsədi ilə qəsəbədə abadlıq işlərinin aparılması vacib məsələlərdəndir.  Belə ki, sakinlərlə keçirilən səyyar görüşlərdə təmirə ehtiyacı olan məhəllədaxili yollar müəyyənləşdirilib, sakinlərin şikayətləri dinlənilib, qaldırılan bütün məsələlər bələdiyyə iclasında müzakirə edilərək “Tədbirlər Planına” salınıb. Gələcəkdə maliyyə imkanları çərçivsində məhəllədaxili yolların təmiri və abadlıq işlərinin aparılmasının mərhələli şəkildə həyata keçirilməsi də planlaşdırılıb.

Məqsədimiz seçicilərin, qəsəbə sakinlərinin etimadını doğruldaraq, onlara layiqli xidmət göstərməkdir.

Xatırladım ki, sonuncu seçkidə  Bakıxanov bələdiyyəsinə 17 nəfər üzv seçilib və 15.311 səs toplamaqla Ruhin Orucov siyahıda birinci yeri tutubş. Əlavə edək ki, 17- ci sırada olan üzv  4216 səs toplaya bilmişdi.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər