Təmraz Tağıyev: “İstehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə idarəetməsinə bağlayacaq gənclərin seçilməsi baxımdan mühüm əhəmiyyət kəsb edir”
“Bakı Sənaye texnologiya kollecinin tələbələrinin Nərimanov bələdiyyəsində istehsalat təcrübəsi başlayıb” bu barədə məlumat adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədr
bildirib ki, ilk təcrübə günü tələbələrlə
görüşərək rəhbərlik etdiyi bələdiyyənin tarixi, fəaliyyəti, planları haqqında məlumat
verib. Sədr qeyd edib ki, istehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə
idarəetməsinə bağlayacaq gənclərin seçilməsi, bələdiyyənin gəncləşdirilməsi baxımdan mühüm əhəmiyyət
daşıyır.
Kollec tələbələrinin bələdiyyələrdə təcrübə keçməsinə
böyük önəm verilməsi ilə bərabər, bu prosesə diqqətlə yanaşılır. Sədr bildirib ki, tələbələrlə yüksəksəviyyəli
iş qurulacaq, qrafik üzrə davamiyyətə xüsusi diqqət yetiriləcək.
Görüşdən sonra tələbələr təcrübə keçəcəkləri şöbələr üzrə bölünüb, müvafiq təlimatlar verilib..
Belediyye.info
Rəylər
0 Rəy