Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2025 , 21:06

502

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ekoloji təmizlik aksiyası  Şüvəlan bələdiyyəsinin dəstəyi ilə təşkil olunub

5 may 2025-ci il tarixində Bakı şəhərinin Şüvəlan qəsəbəsində Azərbaycan Qızıl xaç və Qızıl Aypara Cəmiyyətinin  rəhbərliyinin,  əməkdaşları və könüllülərinin habelə Şüvəlan bələdiyyəsinin iştirakı ilə  Xəzər dənizi sahilində ekoloji təmizlik aksiyası keçirilib. Ümumdünya Qızıl xaç və Qızıl Aypara Hərəkatı gününə həsr olunan aksiya  ətraf mühitin mühafizəsi və ekoloji şüurun artırılması məqsədilə növbəti sosial məsuliyyət təşəbbüsü kimi həyata keçirilib. 

Aksiya çərçivəsində dənizkənarı ərazidə toplanan plastik tullantılar, məişət zibilləri və digər ətraf mühitə zərərli materiallar könüllülərin birgə səyi ilə təmizlənib. Həmçinin aksiya zamanı ətraf mühitin qorunmasının vacibliyinə dair maarifləndirici məlumatlar paylanıb, ictimaiyyətə tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı broşürlər təqdim olunub. 

Aksiya yerli Şüvəlan bələdiyyəsinin dəstəyi ilə təşkil olunub. Gələcəkdə bu təşəbbüsün davam etdirilərək Azərbaycanın digər bölgələrində də oxşar aksiyaların keçirilməsi planlaşdırılır.Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf mühitin qorunması istiqamətində maarifləndirici və praktik tədbirlər həyata keçirməklə, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına töhfə verməkdə davam edir.