Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2025 , 15:34

934

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binəqədi Bələdiyyəsinin kollektivi Konstitusiya və Suverenlik İli çərçivəsində Qarabağa səfər edib

 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunaraq, milli kimliyimizin, hüquqi dövlətçiliyimizin və ərazi bütövlüyümüzün daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığı bir dövr kimi tarixə düşməsinin xoş təsadüfü nəticəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi kollektivi Azərbaycan Respublikasının Konstitusiyasının və suveren hüquqlarının azad olunmuş ərazilərdə tam tətbiqinin təmin olunduğunu nümayiş etdirmək, eyni zamanda Qarabağın dirçəlişi prosesində vətəndaş həmrəyliyini möhkəmləndirmək məqsədilə işğaldan azad edilmiş torpaqlara səfər təşkil edib. 

Səfər zamanı iştirakçılar Ağdam, Əsgəran, Xocalı, Şuşa və Xankəndində yerləşən tarixi məkanları ziyarət edib, konstitusiya dəyərləri, hüquqi islahatlar və Qarabağda quruculuq işləri barədə panel müzakirələrdə iştirak ediblər, torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçən Şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqlik sükutla yad edib, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyiblər.

Suverenliyin əsas təməli olan Konstitusiya yalnız mətndə deyil, həm də praktikada hər qarış torpaqda öz əksini tapmalıdır. Bu baxımdan Qarabağa edilən səfər həm hüquqi, həm də mənəvi baxımdan mühüm rəmzi məna daşıyır.

Torpaqlarımızın işğaldan azad edilməsində, suverenliyimizin bərpasında 107 yaşını qeyd edən Müzəffər Ordumuzla qürur duyuruq!

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycanın Müzəffər Ordusu!

Yaşasın AZƏRBAYCAN!

Binəqədi Bələdiyyəsi