Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2025 , 10:05

517

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Allah rəhmət eləsin!

Bakı
- +

Telman Süleymanov: “Seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq”” 


Azərbaycan bələdiyyə sistemi Ümummilli lider Heydər Əliyevin yadigarlarından biridir. Bu gün bələdiyyələrə seçilən hər bir üzv və sədr bu sistemin inkişafı və cəmiyyətdə nüfuzunun artması və ən əsası seçicilərinə verdikləri sözü tutmaq üçün var qüvvəsi ilə çalışır və çalışmalıdır. Hər zaman olduğu kimi bu gündə bələdiyyədə şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə bələdiyyənin  vergi xidməti arasında qarşılıqlı etimadın yüksəldilməsi, habelə bələdiyyə-icra münasibətlərinin sivil müstəvidə inkişafı  hazırda Şüvəlan bələdiyyəsinin əsas hədəfləri hesab edilir”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov bələdiyyənin üzv və  qulluqçularının iştirakı ilə keçirilən görüşdə bildirib.

Sədr qeyd edib ki,  ötən beş ilə nəzər yetirsək görərik ki, ilk illəri pandomiyanın çətin və ağır illərinə  təsadüf etsə də, sonradan bələdiyyənin kollektivi özünü toparlayıb sakinlərinə lazımı xidməti göstərə bildi. Və nəticə etibari ilə Şüvəlan bələdiyyəsinin vergi xidməti orqanının sistemli  fəalyyəti sayəsində büdcə gəlirlərində 38 faiz artım müşahidə olundu.

Hazırda bələdiyyənin vergi xidməti orqanı tərəfindən vergi-uçot sistemi daim təkmilləşdirilir. Vergi xidməti vergi ödəyicilərinə vergi borclarının ödənilməsi üçün bir tərəfdən sakinlərlə görüşlər keçirir, digər tərəfdən SMS göndərir və bildirişləri paylayır. Bununla yanaşı BAMS-ın Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi  bələdiyyəyə əlavə stimul verib.

Sədr görüşdə bir daha  qeyd edib ki,  büdcə gəlirlərinin artımının hesabına qəsəbə ərazisində  bələdiyyə tərəfindən həyata keçirilən layihələrin həm həcmi, həm də keyfiyyəti artıb.

Bu gün hava şəraiti ilə bağlı yaranmış vəziyyətdə bələdiyyə də kənarda qalmadı. Bacardığı dəstəyi müvafiq orqanlara göstərdi. Hazırda bələdiyyə-icra münasibətləri sivil müstəvidə qurulduğundan qarşılaşdığımız problemlərin həlli də sürətli şəkildə öz həllini tapır.

Görüşdə iştirak edən bələdiyyənin yeni seçilən sədr müavini Rəqsanə Əliyeva, vergi xidmətinin rəhbəri Rizvan Rəhimov, bələdiyyənin mühasibi Gülər Məmmədova və bələdiyyə qulluqçusu Günay Əliyeva  hər biri bələdiyyənin fəaliyyəti ilə bağlı öz təklif və tövsiyələrini qeyd etdilər.  

Görüşdə iştirak edən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyənin üzv və  qulluqçularını narahat edən sualları cavablandırıb.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz