Bələdiyyə sədri: “Şüvəlan bələdiyyəsi də gucləndirilmiş iş rejimində çalışır”
“Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları ilə yanaşı paytaxt bələdiyyələri, o cümlədən Şüvəlan bələdiyyəsi də gucləndirilmiş iş rejimində çalışır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Telman Süleymanov bildirib.
Sədrin
sözlərinə görə, gecə və səhər saatlarında Xəzər RİH təşəbbüsü və bələdiyyənin təşkilatçılığı
ilə xüsusi təyinatlı texnikası tərəfindən
maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlər qardan təmizlənirərək
texniki duz səpilir.
Təmizlik
işləri gün ərzində davam edəcək.
Belediyye.info
Rəylər
0 Rəy