“Təmiz kənd” damazlıq çəpişləri satışa çıxarır
Quba rayonu Tüləkəran bələdiyyəsinin "Təmiz Kənd" məhdud məsuliyyətli cəmiyyəti damazlıq çəpişlərin satışını elan edir. Satışa çıxarılan damazlıq çəpişlər “saanen”, “saanen+alpin” və “saanen-hələb mələzi” olmaqla yüksək məhsuldarlığı ilə seçilir. Çəpişlər yerli iqlimə uyğunlaşdırılmış və zəruri tibbi prosedurlardan keçməklə peyvəndlənmələri aparılmışdır. Maraqlı sahibkarların təkliflərini dəyərləndirməyə hazırıq.
Quba rayonu Tüləkəran bələdiyyəsi
Rəylər
0 Rəy